Paytaxtda siqaret bahalaşdı

 

26

 

Satıcılar firmaları günahlandırır.

Bakı şəhərində tütün məmulatlarının qiyməti artıb.

Xalq.az Oxu.Az istinadən  xəbər verir ki, Bakı şəhərində siqaretlərin qiyməti orta hesbla 10 qəpik artıb.

Qiymət artımı bütün növ siqaret markalarında müşahidə olunur. Satıcıların verdiyi məlumata görə, siqaretlərin qiymətinin istehsalçı firmalar tərəfindən artırılıb:

“Avropada tütün məmulatlarının qiymətinin bahalaşmasını əsas gətirən istehsalçılar bizə verilən malların qiymətini də artırıblar”.

Qeyd edək ki, qiyməti bir müddət bundan əvvəl də siqaretin orta hesabla 10-20 qəpik artmışdı.