Paytaxtla bağlı məlumat

baki

 

İlin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 12,6 min nəfər və ya 0,5 faiz artaraq 2017-ci il oktyabr ayının 1-i vəziyyətinə 2 milyon 258 min 400 nəfərə çatıb.

Bakı şəhər Statistika İdarəsindən XALQ.AZ-a verilən məlumata görə, əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 1055 nəfər olub.

2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə əhalinin ümumi artımı, əsasən, təbii artım hesabına baş verib.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində Bakı şəhərində 22840 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər min nəfərinə hesabı ilə 13,6 təşkil edib. Doğulanların 268-i əkiz, 4-ü isə üçəmdir. Doğulan körpələrin  52,6 faizi oğlan, 47,4 faizi isə qız uşaqlarından ibarət olub.

Cari ilin yanvar-sentyabr aylarında Bakı şəhərində 9746 ölüm halı qeydə alınıb və əhalinin hər 1000  nəfərinə ölüm səviyyəsi ötən illə müqayisədə dəyişməmiş 5,8 olaraq eyni qalıb.

2017-ci ilin doqquz ayında qeydiyyat şöbələri tərəfindən 11968 nikah və 3698 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 7,1, boşanmaların sayı isə  2,2 olub.

Scroll to top