Penitensiar xidmətində islahatlar davam etdirilir

 

pentt

Müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Belə ki, Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il may ayının 28-də – Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılıb. 22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün şərəfinə Ulu öndərimiz Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis olunub.

hh

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildən etibarən yenidən xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrdə olduğu kimi, ədliyyə sahəsində də inkişafa nail olunub. Həmin dövrdən başlayaraq Azərbaycan Respublikası hüquqi dövlət quruculuğu yolunda inamla irəliləməyə başlayıb, həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində penitensiar sistemin də işinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr zəminində bu xidmətin fəaliyyətini tənzimləyən və insan hüquqlarının daha etibarlı təmin olunmasına yönələn mütərəqqi qanunlar, çoxsaylı digər normativ-hüquqi aktlar qəbul olunub.

Ölkəmiz ümummilli liderin layiqli davamçısı və siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf edərək dünya ölkələri sırasında layiqli yerini tutub. Ulu öndərin dövlət quruculuğu xəttini bu gün uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin Azərbaycan Respublikasının prezidenti kimi fəaliyyət göstərdiyi illər ərzində ölkəmizdə məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılıb, Ədliyyə Nazirliyinin cəmiyyətdəki rolu əhəmiyyətli dərəcədə artıb. Təbii ki, nazirliyin əsas idarələrindən olan Penitensiar Xidmətin də həmçinin.

aa

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin baş idarə səlahiyyətli müstəqil struktur qurumudur və Bakı şəhərində yerləşir. Penitensiar xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsini, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnaməni, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, həmçinin Ədliyyə Nazirliyi kollegiyasının qərarlarını, Nazirlik üzrə əmr və sərəncamları rəhbər tutur.
Penitensiar xidmətdə hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçmə qaydaları “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçularının statusu haqqında” Azərbaycan Respublikasının Qanunları, “Hərbi xidmət keçmə haqqında Əsasnamə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi” və digər normativ hüquqi aktlarla tənzimlənir.

Penitensiar xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Penitensiar xidmət fəaliyyətini insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsirləri əsasında həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam ölkə ictimaiyyəti tərəfindən də müsbət qarşılandı. Bu məsələ neçə vaxt idi ki, müzakirə olunurdu. 2011-ci ilin payızından etibarən  ölkə mətbuatında belə xəbərlərə rast gəlirdik: “Azərbaycanda Probasiya haqqında Qanun hazırlanır”, “Ölkəmizdə Probasiya xidməti yaradıla bilər”,  “Probasiya  haqqında Qanun Azərbaycan hüquq məkanını inkişaf etmiş dövlətlərin hüquq məkanı səviyyəsinə qaldıracaq” və sair. Əlbəttə, həmin xəbər başlıqları Milli Məclisdəki hüquqşünas deputatlar, QHT sədrləri və digər mütəxəssislər tərəfindən səsləndirilmiş fikirlər əsasında formalaşırdı. Amma bu  məzmunlu söhbətlərin  son nəticəsi təbii ki, ən ali səviyyədə qəbul edilmiş qərara əsaslanacaqdı. Belə də oldu.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzaladı.

Sənədə əsasən Ədliyyə Nazirliyinə penitensiar müəssisələrin modernləşdirilməsi, infrastrukturun yenilənməsi və idarəçilik mexanizminin yaxşılaşdırılması nəzərdə tutulub. Həmçinin    bildiririk ki, bu xidmət şərti məhkumetmə zamanı məhkumun hökmlə müəyyən olunmuş şərtlərə riayət etməsini nəzarətdə saxlayacaq, habelə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasını təmin edir.

fikret8721

Son illər Ədliyyə naziri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun təcrübəli, fəaliyyəti ədliyyə sisteminin təkmilləşdirilməsində və müasirləşməsində, beynəlxalq təcrübənin tətbiq olunması və çatışmamazlıqların aradan qaldırılması ciddi nəzarətlə həyata keçirilir.

 

Son 7 ildə Penitensiar Xidmətdə  dəyişikliklər olub: 2011-2015-ci illərdə  Milli Qəhraman  Mədət Quliyev quruma rəhbərlik edib, ötən il iyunun 10-dan isə  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsinə Ceyhun Həsənov  təyin olunub.

Ceyhun_Həsənov

Penitensiar Xidmət, bu sahədə aparılan islahatlar, cəzaşəkmə müəssisələrində vəziyyət, bu sahədəki problemlər  hər zaman ictimaiyyətin diqqət mərkəzində olub. Bu səbəbdən də hər yeni rəis təyinatından sonra penitensiar sistemin işinə ictimai diqqət bir qədər də artır.

 

Son illərdə penitensiar sistemin özündə də ciddi dəyişikliklər baş verib. Keçən zamandan  ənənə və dünya təcrübəsi əsas götürülərək, penitensiar sistem, istintaq təcridxanaları istisna olmaqla, Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılaraq, Ədliyyə Nazirliyinə verilib: Ədliyyə Nazirliyinin tərkibində Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi (MQİBİ) yaradılıb, Prezident İlham Əliyevin “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli Fərmanı iləsə MQİBİ Penitensiar Xidmət adlandırılıb.

 

Pentensiar sistemin fəaliyyəti ilə bağlı normativ bazanın təkmilləşdirilməsində dünya ölkələrinin bu sahədəki qanunvericilik təcrübəsi, Avropa ölkələrində həbs yerlərində saxlama şəraiti ilə bağlı yeniliklər, penitensiar qaydalar nəzərə alınıb. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun layihəsi hazırlanarkən, ATƏT-in ekspertləri də rəy verib.

 

2006-cı ildən Penitensiar Xidmətə ictimai nəzarətin təmini məqsədiylə Azərbaycan Respublikası Ədliyyə nazirinin yanında İctimai Komitə fəaliyyət göstərməyə başlayıb.

 

Məhkumların və təqsirləndirilən şəxslərin saxlanılma şəraitinin daha da yaxşılaşdırılması, onun beynəlxalq standartlara yaxınlaşdırılması məqsədilə penitensiar müəssisələrdə rekonstruksiya, maddi-məişət obyektlərinin cari və əsaslı təmiri işləri aparılıb, cəzanın çəkilməsi üçün şərait yaxşılaşdırılıb.

pre

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə respublikanın müxtəlif regionlarında, o cümlədən Naxçıvan, Bakı, Gəncə, Şəki, Lənkəran, Kürdəmir və Qobustanda müasir tipli penitensiar müəssisələrin inşasına başlanılıb. Bu vaxta qədər Naxçıvanda qarışıq rejimli cəzaçəkmə müəssisəsi, Bakı və Şəki istintaq təcridxanası istifadəyə verilib. Gəncə və Qobustanda isə penitensiar müəssisələrin tikintisi başa çatmaq üzrədir.

 

Məhkumların asudə vaxtlarının səmərəli təşkili ilə bağlı müəssisələrdə klublar, kitabxanalar, əksər müəssisələrdə peşə və orta ümumtəhsil məktəbləri, idman meydançaları və kompyuter otaqları təşkil edilib. Dini etiqad azadlığının təmin edilməsi məqsədilə, müəssisələrdə ibadət yerləri təşkil olunub, dini mərasimlərin həyata keçirilməsinə, dövlət qeydiyyatından keçmiş dini qurumların nümayəndələrinin məhkumlarla görüşünə şərait yaradılıb.

 

Məhbusların saxlanma şəraitinin daha da yaxşılaşıdırılması sahəsində son illər həyata keçirilən tədbirlər, qanunvericiliyin humanistləşdirilməsi istiqamətindəki dəyışikliklərlə əvvəllər mövcud olmuş bir çox məhdudiyyətlər aradan qaldırılıb.

 

26 may 2006-cı ildə qəbul edilmiş “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununda ədliyyə işçıləri, o cümlədən Penitensiar Xidmətin əməkdaşları üçün ilk dəfə olaraq çoxsaylı güzəştlər və imtiyazlar müəyyən edilib. Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2001-ci ildən Penitensiar Xidmətin nəzdində Təlim Mərkəzi təşkil olunub.

 

Sözsüz ki, Pentensiar Xidmətdə həyata keçirilən bu islahatlarda hər yeni rəhbərin özünəməxsus rolu və vəzifələri olub.

Penitensiar sistemin fəaliyyətinin yenidən qurulması – ilkin praktik addımların atılması, qanunvericiliyin təkmilləşdirilməsi məhz M.Quliyevin Xidmətə rəhbərlik etdiyi illərdə olub…

 

Hazırda isə yeni rəisin – general Ceyhun Həsənovun qarşısında çox mühüm vəzifələr durur ki, bu da ilk növbədə, indiyə qədər əldə olunan nəticələrə söykənərək, mövcud problemlərin həllindən və daha çox praktik müstəvidə naliyyətlərin əldə edilməsindən ibarətdir.  Çünki indiyə qədər normativ bazanın təkmilləşdirilməsi, demək olar ki, əsasən başa çatıb. Hazırda daha çox intizamın möhkəmləndirilməsi, korrupsiya hallarının azaldılması, məhkumlara münasibətdə ayrı-seçkiliyə son qoyulması, qidalanma, məşğulluğun təmin edilməsi, rekonstruksiya işlərinin davam etdirilməsi, narkotik maddələrin yayılmasının qarşısının alınması, sanitar-gigiyena, asudə vaxtın səmərəli təşkili və təhsil məsələlərinə, personalın peşəkarlığının artırılmasına  diqqət yetirilməsinə ehtiyac var. Müşahidəçilər və məhbus həyatı yaşayan insanların sözlərinə görə, C.Həsənov bu işlərin öhdəsindən layiqincə gəlir. Penitensiar Xidmətdə daha yaxşı idarəçilik, yüksək intizam, effektiv nəzarət mexanizmi tətbiq etməklə, mövcud resurslarla daxili imkanlardan daha dolğun istifadə olunması artıq müsbət nəticələri meydana çıxarıb. Bütün bunlar isə xeyli dərəcədə məhz Penitensiar Xidmət rəisinin yanaşmasından,  işləmək tərzindən, liderlik keyfiyyətlərindən irəli gəlir.

 

Penitensiar Xidmətdən, məhkumların yaxınlarından, eləcə də müxtəlif kanallardan mediaya gəlib çıxan informasiyalardan belə anlaşılır ki, yeni rəis daha çox məhkuma humanist yanaşması ilə seçilir və əsas diqqətini məhz daxili intizamın möhkəmləndrilməsinə, qidlanmanın yaxşılaşdırılmasına, məhkumlara münasibətdə ayrı-seçkiliyə son qoyulmasına yönəldib. Eyni  zamanda, rəhbər heyətin fəaliyyətini də ciddi nəzarətə götürüb, nöqsanların araşdırılmasına, obyektiv qiymətləndirmənin tətbiqinə xüsusi fikir verir.

 

C.Həsənovun cəzaşəkmə müəssisələrinə kənar müdaxilələrin qarşısının alınmasına xüsusi səy göstərməsi də diqqətçəkən xüsusuiyyətlərindəndir. İllərdən bəri məhkumları narazı salan məsələlərdən biri kameralarda isti fəsillərdə sərinləşdirici sistemin olmaması olub. Artıq yeni rəisin havaların isti keçməsi ilə əlaqədar olaraq, məhkumlara günorta yatmağa icazə verməsi, kameraların sərinləşdirilməsi üçün əlavə tədbirlər görməsi razılıqla qarşılanır. Cəzaçəkmə müəssislərində məhkumların şəxsi ehtiyacları üçün məhsulların satıldığı dükanların fəaliyyəti yenidən qurulub, nizama salınıb…

 

AFV

Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxlərin əfv olunması haqqında” sərəncamlar imzalayır, həmçinin Mehriban xanım Əliyevanın təşəbbüsü ilə amnistiya aktı qəbul olunur.  Bu humanist addımları Penitensiar Xidmətinin rəhbərliyi və əməkdaşları  əfv olunmuş şəxsləri azad edilməsini ən yüksək səviyyədə icra edir.

 

perr

 

“Bu gün Penitensiar Xidmətdə xüsusən intizamın möhkəmləndirilməsi, saxlanma şəraitinin daha da yaxşılaşdırılması, peşəkar kadrların irəli çəkilməsi istiqamətində addımlar atılır. Məhkumlara verilən çörəyin keyfiyyəti yaxşılaşıb. Personalın məhkumlarla davranışında müsbət dəyişikliklər var. Bəzi məhkumlara münasibətdə tətbiq olunan imtiyazlar aradan qaldırılıb.  Eyni zamanda cəzaçəkmə müəssisələrində vakant yerlərin doldurulması üçün işlər həyata keçirilir. Ədliyyə Nazirliyi ilə daha yaxşı koordinasiya nəzərə çarpır. Yeni rəis bütün cəzaçəkmə müəssisələrinə gedir və vəziyyətlə yerində tanış olur. Bir sözlə, ümumi atmosferin müsbət tərəfə dəyişməsi müşahidə edilir” – Penitensiar Xidmətlə yaxından təmasda olan insanların sözləridir bu.

 

Penitensiar xidmətində islahatlar davam etdirilir.

 

Peşə bayramınız mübarək, əziz ədliyyə işçiləri!

Scroll to top