Pensilvaniya ştatında Azərbaycan Günü elan olundu

ABŞ-ın Pensilvaniya ştatının qubernatoru Tom Vulf Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar olaraq təbrik məktubu imzalayıb.

XALQ.AZ xəbər verir ki, məktubda qeyd olunub ki, 1918-ci il mayın 28-də müsəlman şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuş və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınmışdır. Müstəqillik dövründən bəri Azərbaycan regionun mayakı olaraq irqi, cinsi və ya etnik mənsubiyyətindən asılı olmayaraq hamı üçün bərabərlik hüququnu tanımış və Qafqaz regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

T.Vulf Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd olunması ilə əlaqədar ölkədə yaşayan azərbaycanlıları cəmiyyətə verdikləri töhfələri nailiyyət və qürur hissi ilə qeyd etməyə çağırır.

Qubernator Pensilvaniyada yaşayan vətəndaşlar adından Xalq Cümhuriyyətinin 100 illiyini tanımaqdan qürur duyduğunu və bunun yaddaqalan və uğurlu qeyd olunması üçün ən xoş arzularını bildirib.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.