Perunun Azərbaycana yeni səfiri təyin edildi

Peru hökuməti Mariya Kastanyon Seoanı Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri elan edib.

XALQ.AZ xəbər verir ki, bununla bağlı müvafiq sənədi Peru Prezidenti Martin Alberto Viskarra Kornexo və xarici işlər naziri Nestor Popolisio imzalayıb.

Qeyd edək ki, Perunun Azərbaycandakı səfirliyi 2017-cu ilin iyunundan fəaliyyətə başlayıb.

İki ölkə arasında diplomatik münasibətlər 1996-cı ildə qurulub.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir