Pirallahıda abadlıq və quruculuq işləri davam edir

P-1

Bakı şəhəri Pirallahı rayonunun perspektiv inkişaf planına uyğun olaraq geniş tikinti abadlıq və quruculuq işləri aparılır.
Hazırda tikintisi aparılan və 570 kvadratmetr ərazi əhatə edən Heydər Əliyev mərkəzi qəsəbəyə xüsusi yaraşıq verəcək. İki mərtəbədən ibarət olan binada gənclərin biliklərinin artırılması, seminar və və digər tədbirlərin keçirilməsi məqsədilə bütün zəruri şərait nəzərdə tutulmuşdur.
Dübəndi bağlarından Gürgən qəsəbəsi istiqamətində  maqistral yolun ətrafında hər iki tərəfdə yaşıllıqlar salınılacaq, dekorativ ağaçlar əkiləcək, abadlıq işləri görüləcək, bu da gələcəkdə yola xüsusi yaraşıq verəcəkdir.
Hazırda S. Bağırov küçəsində  kanalizasiya sistemi yenidən qurulur. Qeyd etmək lazımdır ki, Pirallahı qəsəbəsində su və kanalizasiya xətləri tamamilə yenilənir. Bu işlər başa çatdıqdan sonra 15 mindən çox qəsəbə sakininin  su və kanalizasiya sistemi yenilənmiş olacaqdır.
Pirallahıda qəsəbədaxili və məhəllədaxili yolların əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma sahəsində tədbirlər davam etdirilir. 22 ədəd çoxmərtəbəli yaşayış binasının əsaslı təmiri, o cümlədən fasadlarının yenilənməsi, giriş dəhlizlərinin və dam örtüklərinin təmiri istiqamətində müvafiq işlər aparılır.
Fioletov küçəsində yerləşən ikimərtəbəli binaların dam örtüyü və fasadları təzələnir, divarlara üzlüklər vurulur və burda müasir işıqlandırma sistemi quraşdırılacaqdır.
Pirallahı rayonu ərazisində “Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmanın icrası istiqamətində hazırlıq işləri görülür. Ərazi təmizlənir, oradan keçən bütün kommunikasiya xətlərinin dəyişdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Qeyd edək ki,  YTP Pirallahı adasında 50 hektarlıq ərazidə yaradılacaq “Qızıl üçbucağın” əsas elementlərindən biridir. Burada yüksək texnologiyalı şirkətlər, elmi-tədqiqat mərkəzləri, ekoloji cəhətdən təmiz istehsal obyektləri fəaliyyət göstərəcəkdir.

P-2


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.