Pirallahıda ağacəkmə kompaniyasına start verildi

Agac-1

Pirallahı rayonunda ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması  məqsədi ilə rayonun bütün ərazisi boyu mütəmadi olaraq genişmiqyaslı  abadlıq  və  yaşıllaşdırma işləri həyata keçirilir və bu işlər hazırda davam etdirilməkdədir. Bu  istiqamətdə görülən işlərdən Pirallahı rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı  ilə rayonun bir çox ərazilərində, o cümlədən Pirallahı qəsəbəsində 1000-dən artıq müxtəlif  ağac tinglərinin əkilməsini qeyd etmək olar.

İndiyədək Dübəndi bağlar massivindən Gürgan qəsəbəsi istiqamətində  magistral yolun  genişləndirilməsi məqsədilə kifayət qədər torpaq daşınmış, dekorativ elementlərin yüksək  dizaynla hazırlanmasına sifarişlər verilmiş, geniş yaşıllıqlar salınmışdır ki, bu da gələcəkdə  yola xüsusi yaraşıq verəcəkdir. Qeyd edək ki, yaşıllıq sahəsinin ümumi uzunluğu 2333 metrdir. Magistral yolun kənarındakı 10 metrlik zolaqda Giparis, Şimşək-nanə, Tuya, Leandra, Buksus, Liqustr, Eleks kimi ekzotik bitkilər əkiləcəkdir. Həmin ərazidə salınacaq qazon örtüyünün sahəsi 17500 kvadrat metr təşkil edəcəkdir.

Pirallahı qəsəbəsində növbəti ağacəkmə kompaniyası 186 №-li tam orta məktəbin həyətində keçirildi. Aksiyada Pirallahı RİH-in əməkdaşları, müəllim heyəti və məktəblilər iştirak etdilər. Aksiya zamanı xüsusi səliqə ilə əkilən tinglərin dibləri bərkidildi və suvarıldı. Əkilən yeni ağaclara hər həftə qulluq edilməsi qərara alındı.

Qeyd edək ki, rayonun bütün dövlət müəssisələrinin, idarə və təşkilatların ağacəkmə aksiyasına qoşulması nəzərdə turulub. Belə ki, V.Mustafazadə adına Mədəniyyət Mərkəzi, 14 №-li Uşaq Musiqi məktəbi, Pirallahı kütləvi qəsəbə kitabxanası artıq aksiyaya qoşulmuşlar.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.