Planetin ən yaxşı DJ-i Bakıda seçiləcək

Baki

Sentyabrın 1-dən 6-dək, Azərbaycan ilk dəfə dünya DJ-lərinin mərkəzinə çevriləcək. Bakı DJ-lər arasında keçiriləcək dünyanın ən böyük yarışmasının finalına ev sahibliyi edir.

XALQ.AZ-ın məlumatına görə, Bakıda dünyanın 20 ölkəsindən olan qalib DJ-lər, planetin ən yaxşı DJ adını qazanmaq üçün mübarizə aparacaqlar. “Red Bull Thre3style” çempionatında iştirak etmək üçün Kanada, Birləşmiş Ştatlar, Fransa və digər ölkələrdən məşhur DJ-lər gəlib.

Dj Skratch deyir ki, “Red Bull Thre3style” mənim ölkəm olan Kanadada başlayıb. Kiçik klublarda keçirilən yarışlar, indi görürsüz, dünya səviyyəsində bir çempionata dönüb. Bu yarış həcminə görə çox mükəmməldir”.

DJ-lərin hər biri onlar üçün ayrılmış 15 dəqiqə ərzində 3 müxtəlif miks təqdim etməlidirlər. Ən yaxşılar, məhz verilmiş vaxtda mükəmməl performans göstərənlərin sırasından seçiləcək.

Çempionatda “Red Bull Thre3style”in ötən ilki qalibləri və iştirakçılarının çıxışı da olacaq. “Red Bull Thre3style” DJ-ləri çempionatı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə keçirilir və sentyabrın 6-na kimi davam edəcək.