Poliklinikadan oğurluq edildi

Qaret

Abşeron rayonu ərazisində poliklinika qarət olunub.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oğurluq edən şəxslər tutulub.

Əməliyyat Abşeron rayon polis şöbəsinin əməkdaşları keçirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masazır qəsəbə poliklinikanı qarət edən Sumqayıt şəhər sakini Məhəbbət Bayramov və Masazır qəsəbə sakini Rafiq Əhmədov tutulublar.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər poliklinikadan Abşeron rayon Bələdiyyəsinə məxsus 300 manat dəyərində 30 ədəd lampa gücləndiricilərini oğurlayıblar.