Polis əməliyat keçirdi 42 nəfər həbs olunanlar var

POLIS

 

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 91 cinayət faktı qeydə alınıb, onların da 38-i “isti izlər”lə açılıb. XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 21 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir