Polis əməliyyat keçirdi-17 nəfər həbs edildi

 

POLIS

Gün ərzində 81 cinayət faktı qeydə alınıb, onlardan 14-ü “isti izlər”lə açılıb. XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.

Qeyd edək ki, cinayət törətməkdə şübhəli bilinən 17 nəfər tutulub.

 

Scroll to top