Polis əməliyyat keçirdi 34 nəfər həbs olundu

POLIS

 

Respublikanın daxili işlər orqanları tərəfindən dünən 92 cinayət faktı qeydə alınıb, onların da 30-u “isti izlər”lə açılıb. XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 28 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Qeyd edək ki, Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər tutulub.

Scroll to top