Polis əməliyyat keçirdi-Həbs olunanalar var

POLIS

 

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 83 cinayət faktı qeydə alınıb, onların da 11-i “isti izlər”lə açılıb.XALQ.AZ Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər tutulub.

Scroll to top