Polis əməliyyat keçirdi-Həbs olunanlar var

 

POLIS

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 103 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.XALQ.AZ DİN-nin  mətbuat xidmətinə istinadən məlumat verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 21 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər tutulub.

Scroll to top