Polis əməliyyat keçirdi-Həbs olunanlar var

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 124 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.

DİN-in Mətbuat Xidmətindən XALQ.A-a verilən məlumata görə, respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.

Bununla yanaşı Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən olunub.

Qeyd edək ki, cinayət törətməkdə şübhəli bilinən 24 nəfər isə saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.