Polis əməliyyat keçirdi-Həbs olunanlar var

POLIS
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 119 cinayət faktı qeydə alınıb, onların da 30-u “isti izlər”lə açılıb.
XALQ.AZ DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 28 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər tutulub.