Polis əməliyyat keçirdi-Həbs olunanlar var

POLIS
Bakı şəhər sakinindən saxta əskinazlar götürülüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xətai rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Sərxan Məmmədovdan 0,203 qram heroin, 2 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, Əfqan Nağıyevdən isə 0,236 qram heroin, 2 ədəd 50 manatlıq və 3 ədəd 20 manatlıq saxta əskinaslar götürülüb.
Davam etdirilən əməliyyat tədbirləri ilə saxta əskinasları hazırlayan Yeni Suraxanı qəsəbə sakini Vüsal Cümşüdov da müəyyən edilərək saxlanılıb.