Polis əməliyyat keçirdi-Həbs olunanlar var

polis

Respublikanın daxili işlər orqanları tərəfindən yanvar ayının 29-dan 30-dak gün ərzində 82 cinayət faktı qeydə alınıb, onların da 12-si “isti izlər”lə açılıb.

XALQ.AZ DİN-in mətbuat xidmətindən verilən məlumata əsasən, axtarışda olduğuna görə 26 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Həmçinin, respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3nəfər xəsarət alıb. Qeyd olunur ki, Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib: “Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.”