Polis hərəkətə keçdi-Ticarət mərkəzində həyacan-Yenilənib

“Metropark”da nə baş verir?

 

Nərimanov rayonunda yerləşən “Metropark” Ticarət Mərkəzi boşaldılıb.

Şahidlər tərəfindən “Qafqazinfo”ya verilən məlumata görə, ticarət mərkəzinin işçiləri evə yola salınıb. Bununla yanaşı, “Metropark”ın ətrafında hüquq-mühafizə xidmətinin əməkdaşları, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri toplaşıb.

Mərkəzin boşaldılmasının səbəbi nə işçilərə, nə də müştərilərə açıqlanmır.

***

Bildirilir ki, naməlum şəxs Ticarət Mərkəzinə bomba qoyulması ilə bağlı 102-yə zəng vurub.

Qeyd edək ki, Metropark Ticarət Mərkəzi qarşısına polis və Fövqəladə Hallan Nazirliyinin əməkdaşları cəlb olunub. Ticarət mərkəzinə giriş-çıxışlar bağlanıb, mərkəzdə çalışanlar bayıra çıxarılıb.

 

 


 

Scroll to top