Polis rəisi gəncləri döydü-VİDEO

İran İslam Cümhuriyyətində uzun  illərdir polisin vətəndaşları döyməsi, şallaq cəzası, edam və daşqalaq hökmləri kimi a normal qanunları hər kəs tərəfindən danışılır.

Aşağıdakı VİDEO Təbriz şəhərində çəkilib. Təbrizdə Polis İdarəsinin 20-ci məntəqəsinin rəisi El Gölündə yerləşən bir buffetə (bufe) digər polislərlə birlikdə hücum edib. Aşağıda göründüyü kimi Kəlamullah İbrahimi digər polislərlə yanaşı bufeti idarə edən bir neçə vətəndaşı kobud şəkildə döyür. Sosial şəbəkələrdə geniş yayılan VİDEOnu təqdim edirik: