Polis rəisi işdən qovuldu

DIN

Siyəzən Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən kənarlaşdırılıb.

XALQ.AZ-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Siyəzən RPŞ-nin rəisi Nizami Əlirzayev Daxili İşlər Nazirliyinin keçirdiyi kompleks yoxlamalar nəticəsində vəzifəsindən azad edilib. Lakin N.Əlirzayevin hansı səbəbdən işdən çıxarıldığı açıqlanmır.

Siyəzən rayon prokuroru Murad Kazımov faktı təsdiqləyib.

Mövzunu diqqətdə saxlayırıq.