Polisin əlini dişləyən aktrisa tutuldu

“Adını Feriha koydum” və “Güllerin savaşı” seriallarından tanınan aktrisa Feyza Civelek yol polisinin əlini dişlədiyi üçün saxlanılıb.

XALQ.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, yolda alkoqol yoxlanışı zamanı yol polisi ilə mübahisə edən aktrisa ilə rfəqiəsi daha sonra onlarla davaya çıxıb. Polislərlə çıxan davada ayağı burxulan Feyza onlardan birinin əlini dişləyib. Bölmədə ifadəsi alının Civelek ayağının sarınması üçün müvəqqəti olaraq sərbəst buraxılıb.

“Polisə müqavimət” cinayətindən barələrində iş açılan aktrisa ilə rəfiqəsi də polis əməkdaşlarından şikayət ərizəsi veriblər. Bu yaxınlarda məhkəmə prosesi keçiriləck. Bu müddətdə Feyza həftədə bir dəfə bölməyə gedərək imza qoymalı və ölkəni tərk etməməlidirlər.

Həbib