Polkovnik rəis təyin olundu

Dövlət Gömrük Komitəsində kadr dəyişikliyi olub.
XALQ.AZ  xəbər verir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rəşad  Babayev Tovuz Gömrük İdarəsinin rəisi təyin edilib. R.Babayev bu təyinatadək Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, R. Babayevdən əvvəl Tovuz Gömrük İdarəsinin rəisi Kənan Məmmədov olub. O, Bakı Baş Gömrük İdarəsinin rəisi təyin edilib.