Prezidentə sui-qəsd edilib – Video

Venesuela prezidenti Nikolas Maduronun paytaxt Karakasda Bolivar Milli Qvardiyasının yaradılmasının növbəti ildönümündə çıxışı zamanı partlayış baş verib.

XALQ.AZ  xəbər verir ki, prezidentin nitqi canlı efirdə yayımlanıb. Hadisə baş verən anda Maduronun şəxsi cangüdənləri qoruyucu lövhələrlə onu əhatəyə alaraq ərazidən uzaqlaşdırıblar. Ölkə televiziyası isə ümumi planda paraddakı hərbçilərin qaçdığını göstərib və sonra yayım dayandırıb.

Prezident təxliyə olunub. Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodriqes mətbuata açıqlamasında ölkə prezidentinə sui-qəsd olduğunu təsdiqləyib.

Hücum edənlər partlayıcı bərkidilmiş drondan istifadə ediblər. Qurğu Maduronun çıxış etdiyi səhnənin önündə işə düşüb. Yeddi qvardiya əsgəri yaralanıb, prezidentin özü isə xəsarət almayıb.

Hadisədən sonra Venesuelanın “Soldados de Franelas” silahlı qruplaşması Nikolas Maduroya qəsdə görə məsuliyyəti öz üzərinə götürüb.

Bir müddətdən sonra xalqa müraciətində Maduro hadisəni törədənlərin ədalətli və maksimum formada cəzalandırılacağını deyib.

O, bildirib ki, ona qəsdin arxasında Kolumbiyanın rəhbəri Xuan Manuel Santos dayanır, təşkilatda həmçinin venesuelanın ifrat sağçı qrupları da iştirak edirlər.

Kolumbiya isə ittihamları qəbul etməyib.

 

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.