Prezidentə təbrik məktubları göndərilir

 

20

 

Qazaxıstan prezidenti Nursultan Nazarbayev dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İ. Əliyevi doğum günü münasibətilə təbrik edən Qazaxıstan lideri ölkəsi ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına daimi dəstəyinə və sanballı töhfəsinə görə ona təşəkkürümü bildirib.

“Xalqlarımız arasında dostluq münasibətlərinin intensiv inkişafını böyük məmnuniyyətlə qeyd edirəm. Əmin olduğumu bildirirəm ki, bizim səylərimiz sayəsində xalqlarımızın rifahı naminə Astana ilə Bakı arasında müxtəlif sahələrdə əməkdaşlıq bundan sonra da inkişaf edəcək.

Möhtərəm Prezident, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, tükənməz enerji, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram”, – deyə təbrikdə deyilir.

Belarus prezidenti Aleksandr Lukaşenko, Latviya prezidenti Andris Berzinş, Çin Xalq Respublikasının sədri Si Tszimpin, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Rusiya Federasiyası Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipov, Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının sabiq prezidenti Vayra Vike-Freyberqadan və başqaları, Özbəkistan prezidenti İslam Kərimov, ABŞ-ın İllinoys ştatı Nümayəndələr Palatasının sədri Maykl Jozef Madiqan, ABŞ konqresmeni Todd Rakita, Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəl, “LUKoyl” ASC-nin prezidenti Vahid Ələkbərov və “Transneft” Səhmdar Şirkəti” ASC-nin vitse-prezidenti Vladimir Ruşaylo da doğum günü münasibətilə Azərbaycan prezidentinə təbrik məktubu ünvanlayıblar.