Prezident 2018-ci ilin büdcə dəyişikliyini təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

XALQ.AZ xəbər verir ki, 2018-ci il dövlət büdcəsinin gəlirləri 22 149 000,0 min manat, xərcləri 23 100 000,0 min manat təsdiqlənib.

O cümlədən, mərkəzləşdirilmiş gəlirləri 21 495 650,0 min manat,yerli gəlirləri 653 350,0 min manat, mərkəzləşdirilmiş xərcləri 22 376 075,0 min manat, yerli xərcləri 723 925,0 min manat məbləğində müəyyən olunub.

 

 

 

Orxan