Prezident 24 nəfərin öldüyü yanğın hadisəsini nəzarətə götürdü

Prezident İlham Əliyev Respublika Narkoloji Mərkəzindəki yanğınla bağlı ciddi tapşırıq verib.

Prezidentin göstərişinə əsasən fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilən tədbirlər ölkə prezidentinin nəzarətindədir.

RƏSUL