Prezident 450 şəxsi əfv edəcək

AFV

 

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

XALQ.AZ-məlumat verir ki, sonuncu iclasda 120 müraciətə baxılıb.

Bununla da baxılan müraciətlərin sayı 950-ni keçib. Müraciətlərin təxminən 450-nə müsbət rəy verilib.

İclasların yekunu ilə bağlı yekun qərar layihəsi hazırlanaraq dövlət başçısına təqdim ediləcək.

Qeyd edək ki, Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir.