Prezident açılışda iştirak edəcək

Azərbaycan prezidenti İlham Əliyev Moskvada keçiriləcək dünya çempionatının açılışında iştirak edəcək.

 

XALQ.AZ xəbər verir ki, bunu “Ria Novosti” agentliyinə prezident administrasiyasından bildiriblər.

Dünya Çempionatının açılışı 14 iyun tarixində Moskvanın “Lujniki” stadionunda keçiriləcək. İlk oyun Rusiya və Səudiyyə Ərəbistanı yığmaları arasında keçiriləcək. Şou isə oyundan yarım saat əvvəl baş tutacaq

Qeyd edək ki, açılışda Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edəcək. Bu Azərbaycan prezidentinin Ermənistanın baş naziri ilə faktiki olaraq ilk görüşü olacaq.

 

 

Orxan