Prezident Administrasiyasına ən çox şikayət olunan icra başçısları-Siyahı

adm
Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2016-cı ildə daxil olan vətəndaş müraciətləri və şikayətlərin məzmunu haqda geniş məlumat verib.
XALQ.AZ AZƏRTAC-a istinadən onun şərhini təqdim edir.

 

 

Müraciətlər vətəndaşın səsi, sözü, qayğısı və problemidir
Son illərdə dövlət səviyyəsində görülmüş ciddi tədbirlər nəticəsində respublikada insanların hüquq və azadlıqlarının qorunması, bu sahədə qanunvericiliyə ciddi riayət edilməsi, vətəndaşa qayğı və diqqət göstərilməsi xeyli yaxşılaşmışdır. Azərbaycan Prezidenti bütün çıxışlarında vətəndaşların hüquqlarının qorunmasını, onların ərizə və şikayətlərinə ciddi diqqət yetirilməsini bir vəzifə kimi qarşıya qoymuş, özünü xalqın xidmətçisi adlandıraraq, hər bir dövlət qulluqçusunun və məmurun da xalqa xidmət etməli olduğunu dəfələrlə qeyd etmişdir. Cənab Prezident demişdir ki, kimliyindən asılı olmayaraq, hər kəs millətə, xalqa, dövlətə xidmət etməlidir və hər bir məmurun da bundan müvafiq nəticə çıxarması onun birbaşa vəzifə borcudur. Prezident Administrasiyasına vətəndaşlardan daxil olmuş hər bir müraciət diqqətlə öyrənilir, qaldırılan məsələlər obyektiv araşdırılaraq lazımi tədbirlər görülməsi təmin edilir.

 

 

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına respublikanın şəhər və rayonlarından daxil olmuş müraciətlərin 68,8 faizi ərizə, 30,9 faizi şikayət, 0,3 faizi təklif olmuşdur.

 

 

Ötən il Bakı, Lənkəran, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Neftçala, Saatlı, Salyan, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan daxil olan müraciətlərin sayıçoxdur.Naxçıvan, Naftalan, Babək, Culfa, Daşkəsən, Xızı, Xocavənd, Kəngərli, Qax, Qobustan, Ordubad, Samux, Sədərək, Şahbuz, Şərur, digər şəhər və rayonlardan daxil olan müraciətlərin sayı isə az olmuşdur.

 

 

Bir qayda olaraq, müraciətlərin haradan daha çox olması əhalinin sayı ilə müqayisədə daha aydın nəzərə çarpır. Bu baxımdan Prezident Administrasiyasına 2016-cı ildəhər 1000 nəfərə görə Bakı, Mingəçevir, Naftalan, Şəki, Ağcabədi, Ağdam, Beyləqan, Biləsuvar, Daşkəsən, Füzuli, Göygöl, İmişli, Kəlbəcər, Laçın, Siyəzən, Şabran, Yardımlı, Zəngilan, digər şəhər və rayonlardan daxil olmuş müraciətlərin sayıdaha çox, Naxçıvan, Gəncə, Sumqayıt, Yevlax, Ağdaş, Ağsu, Babək, Bərdə, Cəbrayıl, Cəlilabad, Culfa, Hacıqabul, Xaçmaz, Xocavənd, İsmayıllı, Kəngərli, Kürdəmir, Qax, Qazax, Qəbələ, Qobustan, Quba, Qusar, Masallı, Neftçala, Oğuz, Ordubad, Saatlı, Sabirabad, Salyan, Samux, Sədərək, Şahbuz, Şamaxı, Şəmkir, Şərur, Şuşa, Tərtər, Tovuz, Ucar, Zaqatala, digər şəhər və rayonlardan daha az olmuşdur.

 

 

Şəhər, rayon icra hakimiyyətlərinin Prezident Administrasiyasına təqdim etdikləri illik rəsmi hesabat və arayışlardan görünür ki, bəzi şəhər və rayonların sakinləri yuxarı dövlət orqanlarına daha çox müraciət edirlər. Məsələn, Mingəçevir, Ağdam, Ağsu, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Qəbələ, Masallı, Neftçala, Samux, Şəmkir, Tovuz, Yardımlı, Zərdab, digər şəhər və rayonların icra hakimiyyətlərinə bilavasitə daxil olan müraciətlərin sayı həmin rayonlardan yuxarı orqanlara göndərilən müraciətlərə nisbətəndaha azolmuşdur.

 

 

Ötən il vətəndaşlardan Prezident Administrasiyasına daxil olmuş müraciətlərinmövzular üzrə təhliligöstərir ki, vətəndaşlar daha çox hüquq mühafizə orqanlarının, məhkəmələrin fəaliyyəti, maliyyə və bank, əfv məsələləri, rayon icra hakimiyyəti və bələdiyyələrin fəaliyyəti, müraciətlərə baxılma, torpaq, Qarabağ münaqişəsi, sosial müdafiə, mənzil, şəhərsalma və tikinti, sənaye, sahibkarlığın inkişafı, qaçqınlar və məcburi köçkünlər, kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər məsələləri və sair mövzularda müraciət etmişlər.

 

 

İctimai-siyasi, dövlət quruculuğu və qanunvericilik, vergi, gömrük orqanlarının fəaliyyəti, səhiyyə, təhsil, təltif, təqaüd və fəxri adlar, yaşayış məntəqələri və ərazi bölgüsü, gənclik və idman, nəqliyyat, dövlət qulluğu və kadr, məişət və sair barədə müraciətlərin sayındaazalmamüşahidə olunur.

 

 

Müraciətlərin ümumi sayında vətəndaşlar üçün həyati əhəmiyyət daşıyansəhiyyə və təhsil sahələriüzrə faiz nisbətinin ildən-ilə azalması diqqəti cəlb edir.Azərbaycan səhiyyəsinin inkişafına ölkə rəhbərliyinin artan diqqəti sayəsində son illərdə bu sahənin maddi-texniki bazası, ən başlıcası, yüksəkixtisaslı kadrlarla təminatı xeyli güclənmişdir.
Ötən il əhalinin icbari tibbi sığortası üzrə pilot layihələrin tətbiqinə başlanmış, Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməli qoyulmuş, Bakı, Gəncə, Lənkəran, Ağsu, Biləsuvar, Göygöl, Quba, Qusar, Masallı, Neftçala və Zərdabda xəstəxana və digər tibb müəssisələrinin tikintisi, təmiri yekunlaşmış, yeni hemodializ şöbələri açılmışdır. Həyata keçirilən tibbi-profilaktik tədbirlər nəticəsində bir sıra irsi, yoluxucu və xroniki xəstəliklərin artmasının qarşısı alınmış, o cümlədən talassemiya xəstələrinin sayı xeyli azalmışdır. Respublika əhalisinin hər 10 min nəfərinə 34 həkim, 57 orta təhsilli tibb işçisi düşür ki, bu da bir çox inkişaf etmiş ölkələrin göstəricilərinə yaxındır, bəzilərindən isə hətta yüksəkdir. Səhiyyə məsələlərinə dair müraciətlərin ötən illə müqayisədə azalmasıŞirvan, Ağcabədi, Ağdaş, Xaçmaz, Xocavənd, İsmayıllı, Qaradağ, Qəbələ, Qubadlı, Qusar, Nərimanov, Salyan, Şamaxı, sair şəhər və rayonlarda müşahidə olunur.

 

 

Əhalinin bütün təbəqələrinin gündəlik qayğılarından biri olan təhsil məsələləri də həmişə diqqət mərkəzindədirvə qeyd etməliyik ki, son illərdə bu sahədə aparılan ciddi islahatlar təhsilin səviyyəsinin və müəllimlərin peşəkarlığının artırılmasına, həmçinin Azərbaycan təhsilinin dünya standartları səviyyəsinə qaldırılmasına kömək etmişdir. Hər il onlarla təhsil ocağı istifadəyə verilir, ən müasir avadanlıq və vasitələrlə təchiz olunur. 2016-cı ildə Təhsil Nazirliyində və onun tabe qurumlarında vətəndaşların qəbulu və ona nəzarət üzrə onlayn sistem yaradılmış, bu portalın fəaliyyəti sayəsində vətəndaşların qəbula yazılması, yönləndirilməsi, qəbul prosesinin müşahidəsi, SMS göndəriş sistemi vasitəsilə qəbulun keçirilmə vaxtı barədə məlumat verilməsi və vətəndaşların qəbulun nəticələrindən nə dərəcədə razı qalmasının öyrənilməsi təmin edilir. Nazirlikdə bu sahədə bir çox yeniliklərin tətbiqi artıq öz müsbət nəticəsini verməkdədir.
Azərbaycanda əhalinin sosial müdafiəsini gücləndirmək həmişə prioritet məsələ sayılmış və keçən il də bu məsələlərə xüsusi önəm verilmişdir.Dünyada gedən iqtisadi böhranın Azərbaycandan təsirsiz ötüşməməsi bir sıra müəssisələrin fəaliyyət dairələrinin məhdudlaşdırılmasına səbəb olmuşdur. Buna baxmayaraq, dövlət başçısının qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirməsi, xırda və orta sahibkarların işlərini davam etdirməsi məqsədilə vergi, gömrük sahəsində, kreditləşmədə mükəmməl layihələrin, habelə aztəminatlı vətəndaşların hüquqlarının müdafiəsi üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində vətəndaşların sosial müdafiəsinin sabitliyi təmin olunmuşdur.

 

 

2016-cı ildə əvvəlki ilə nisbətən iki dəfə çox, – 56 min 631 nəfər münasib işlə təmin olunmuş və bunlardan 20 min 745-i gənclər olmuş, 1148 nəfər isə ödənişli ictimai işlərə cəlb edilmişdir. Ötən il bu sahədə görülən işlər, o cümlədən dövlət başçısının sərəncamları ilə AMEA-nın Yüksək Texnologiyalar Parkı, Pirallahı Sənaye Parkı və Masallı Sənaye Məhəlləsinin yaradılması və bölgələrdə bu il açılacaq digər müəssisələr həmin problemin həllinə zəmin yaradır. Ölkədə keçirilən iqtisadi islahatların məqsədi yeni yaradılacaq sənaye parklarının regionları əhatə etməsidir. Azərbaycan Prezidentinin bölgələrə səfərləri zamanı bu parklarda yaradılan yeni iş yerləri ilə tanış olması, onların fəaliyyəti ilə maraqlanması, yerli icra hakimiyyəti orqanlarına bu istiqamətdə işlərin davam etdirilməsini tapşırması respublikanın inkişafı üçün böyük siyasi və iqtisadi əhəmiyyət kəsb edir.

 

 

Ölkə Prezidenti ötən il dekabrın 24-də Bakının Yasamal rayonunda sosial evlərin tikintisinə start verərkən Azərbaycan dövlətinin sosial məsələlərin həllinə daim böyük diqqət yetirdiyini göstərərək son 10 ildə pensiyaların 7 dəfə, maaşların 5 dəfə, eləcə də ünvanlı sosial yardımların artırıldığını, sosial infrastruktur layihələri çərçivəsində bir çox obyektlərin tikildiyini, 90-dan çox məcburi köçkün qəsəbəsinin salındığını bildirmiş və demişdir:”Sosial siyasət bizim siyasətimizin əsas istiqamətlərindən biridir”.

 

 

Dövlət başçısı bu il yanvarın 30-da keçirilən konfransda bir daha qeyd etmişdir: “…bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır. Əlbəttə, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Yəni, biz bütün bu işləri onun üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın. Ona görə sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulmuşdur, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda, sosial infrastrukturun yaradılması qarşımıza məqsəd kimi qoyulmuşdur”.

 

 

Prezident Administrasiyasına sosial müdafiə mövzusunda daxil olan müraciətlərin bir hissəsi əhalinin güzəştli təbəqəsi – məcburi köçkünlər, qaçqınlar, Qarabağ müharibəsinin iştirakçıları, bu müharibədə şəhid olanların ailə üzvləri, Çernobıl və 20 Yanvar faciələri qurbanlarının ailə üzvləri tərəfindən yazılmışdır.

 

 

İyirmi beş il əvvəl qaçqın və məcburi köçkün problemləri ilə qarşılaşan və demək olar ki, təkbaşına bunun öhdəsindən gələn dövlətimiz və xalqımız bugünkü Avropaya örnək göstərmiş və göstərməkdədir. Ötən 25 ildə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 6,2 milyard manatdan çox vəsait sərf olunmasına və onlar üçün 95 müasir qəsəbə tikilib istifadəyə verilməsinə baxmayaraq, hələ də işğal altındakı yurdlarına qayıda bilməyən bu insanların çoxsaylı problemləri qalmaqdadır. Hazırda təbii artımla sayı 1 milyon 200 minə çatan bu şəxslərin 350 mini hələ də qəzalı binalarda və yataqxanalarda yaşayır. Qaçqınların və məcburi köçkünlərin problemləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, işlə təmin olunma, övladlarının təhsil və ödəniş problemlərinin həlli barədədir. Onların öz ərizələrində etdikləri xahişlərlə yanaşı, bəzən qarşılaşdıqları laqeydlik və biganəlik hallarından şikayətləri də olur.

 

 

Müraciətlərin daha çox əhatə etdiyi daimi mövzulardan biri dətorpaq məsələləridirvə ötən il belə müraciətlər ümumi sayın 3,5 faizini təşkil etmişdir.Azərbaycan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə MDB məkanında torpaq islahatını birinci başlayıb uğurla sona çatdıran ölkələrdən biridir.Vətəndaşlar bu mövzuda müraciətlərində kənd təsərrüfatı, sahibkarlıq, otlaq, örüş, fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması, dövlət ehtiyacları üçün alınan torpaqlara görə kompensasiyaların verilməsi və digər məsələlər barədə yazır, qarşılaşdıqları çətinlikləri yerli icra hakimiyyətlərində və bələdiyyə orqanlarında, bu işlə məşğul olan digər instansiyalarda bəzən həll edə bilmədiklərinə görə Prezident Administrasiyasına üz tuturlar.

 

 

İl ərzində bu məsələlərlə bağlı ölkə Prezidenti tərəfindən bir sıra fərman və sərəncamlar imzalanmış,2016-cı il 13 iyul tarixli Sərəncamla 2016–2020-ci illərdə daşınmaz əmlakın kadastrı və torpaq idarəçiliyinin inkişafına dair Dövlət Proqramı qəbul edilmişdir. Proqramda nəzərdə tutulduğu kimi, 2020-ci ilədək 3 milyon 200 min hektar torpaqda uçot işləri aparılacaqdır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 18 rayonun inzibati ərazilərində yeni əkin dövriyyəsinə cəlb edilmək üçün 148,8 min hektar torpaq sahəsi xəritələşdirilib, respublikanın 8 rayonu üzrə icarədə olan, lakin istifadəsiz saxlanmış 18 min hektar torpaq sahəsinin icarə müqaviləsinə xitam verilib və dövlət mülkiyyətinə qaytarılıb.

 

 

Torpaq məsələlərinə dair müraciətlərin sayı 2015-ci ilə nisbətən Yevlax, Astara, Biləsuvar, Göyçay, Göygöl, Kürdəmir, Qax, Qazax, Qəbələ, Lerik, Neftçala, Sabirabad, Şabran, Şamaxı, Şəmkir, Tovuz, Yardımlı, Zaqatala, Zərdab, digər şəhər və rayonlarda artmış, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Ağcabədi, Babək, Beyləqan, Culfa, Daşkəsən, Hacıqabul, Xaçmaz, Xızı, Qaradağ, Nəsimi, Saatlı, Samux, Sədərək, Şərur, Ucar şəhər və rayonlarında isə azalmışdır.

 

 

2016-cı ildə kənd təsərrüfatı üçün kreditlər verilməsi mövzusunda müraciətlər əvvəlki ilə nisbətən 50,7 faiz çox olmuşdur.Sənaye və istehsal sahələrinin yaradılması üçün kreditlərin verilməsi mövzusunda daxil olan müraciətlər bütövlükdə əvvəlki ildən üç dəfə çoxdur. Vətəndaşlar kiçik və orta sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən islahatlardan ruhlanaraq müxtəlif istehsalat sahələrinin, həmçinin heyvandarlığın, arıçılığın, çayçılıq, tütünçülük və baramaçılığın inkişafı, emal müəssisələrinin yaradılması üçün kredit almaq istəyirlər. Belə müraciətlər Lənkəran, Şəki, Abşeron, Füzuli, Goranboy, Xaçmaz, Quba, Masallı, Neftçala, Sabirabad, Tovuz, digər şəhər və rayonlardan daxil olmuşdur.

 

 

Prezident Administrasiyasına 2016-cı ildə daxil olan müraciətlərin bir qismində vətəndaşlarməhsulların və xidmətlərin qiymətlərininəsassız olaraq qaldırılması hallarından narahat olduqlarını bildirmişlər. İstehlakçıların hüquqları pozularaq, bir çox ticarət obyektlərində və şəbəkələrində gündəlik tələbat mallarının qiymətlərinin manatın devalvasiyası bəhanəsi ilə süni şəkildə artırılmasını, müddəti ötmüş ərzaq məhsullarının satışdan yığışdırılmamasını, satılan avadanlığın, elektrik texnikasının, yem və ərzaq məhsullarının, yanacağın, bəzi dərman preparatlarının və tikinti materiallarının keyfiyyətsiz olmasını və müvafiq qurumların belə hallarla zəif mübarizə aparmasını qeyd edirlər. Əminik ki, aidiyyəti qurumlar belə halların qarşısını bundan sonra da alaraq lazımi tədbirlər görəcəklər.

 

 

Nazirlər Kabinetinin 2016-cı il yanvarın 10-da keçirilmiş iclasında ölkə Prezidenti respublikada biznes mühitinin yaxşılaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması istiqamətində tədbirlər görülməsini tapşırmışdır.

 

 

Dərin təhlil və güclü nəzarət müraciətlərə baxılmasında əsas prinsipdir

 

 

Vətəndaşların müraciətlərinə baxılmasının yaxşılaşdırılmasında dərin təhlil və güclü nəzarətin təşkili mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti 2017-ci il yanvarın 30-da regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda növbəti ildə həyata keçiriləcək layihələrdən danışarkən ictimai nəzarətin əhəmiyyətini xüsusi vurğulayaraq demişdir:”Mən görüləcək minimum işlərin həcmini diqqətə çatdırmaq istəyirəm ki, hamı bilsin. Bu işlərə həm güclü dövlət nəzarəti, həm ictimai nəzarət olmalıdır. …Mən rayon icra hakimiyyətlərinin xətti ilə hansı işlərin görüləcəyini indi sadalayacağam ki, bizim dövlət orqanları və eyni zamanda, rayon ictimaiyyəti buna nəzarət etsinlər. Əgər orada hansısa ləngimə olarsa, yaxud da ki, bu işlər natamam görülərsə, dərhal məlumat versinlər”. Ölkə Prezidenti məmur-vətəndaş münasibətlərinin cəmiyyətin inkişafı üçün çox önəmli olduğunu qeyd edərək demişdir ki, vəzifəli şəxslər onun dediyi kimi işləməsələr, öz işlərində nöqsana, yaxud pozuntuya yol versələr, lazımi səviyyədə cəzalandırılacaqlar.

 

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydasınauyğun olaraq, təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarət Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə həvalə edilmişdir. Şöbə tərəfindən dövlət orqanlarına və digər qurumlara bilavasitə daxil olmuş müraciətlərə də qanundan irəli gələn tələblərə uyğun baxılmalıdır.

 

 

Şöbə tərəfindən daxili nəzarət və təhlil qaydasında Prezident Administrasiyasına daxil olmuş vətəndaş müraciətlərində onları narahat edən bir sıra mühüm məsələlərlə bağlı araşdırmalar aparılmış, arayışlar və məlumatlar hazırlanıb aidiyyəti qurumlara təqdim edilmiş, daha vacib məsələlər barədə geniş məlumatlar alınması üçün nəzarət qaydasında müvafiq qurumlara sorğular verilmişdir.

 

 

Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması və buna nəzarət edilməsi qaydalarına uyğun olaraq, kameral nəzarətin həyata keçirilməsi üçün müvafiq hesabat formaları təkmilləşdirilmiş, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 2016-cı il 21 oktyabr tarixli sərəncamı ilə təsdiq edilərək, bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına göndərilmişdir.

 

 

Qeyd edilən sərəncama uyğun olaraq, Prezident Administrasiyasına daxil olmuş hesabatlarda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və digər qurumların vətəndaş müraciətlərinə baxılması işi haqqında daha ətraflı məlumat verilməsi bir vəzifə olaraq onların qarşısında qoyulmuşdur.

 

 

Məlumatlardan aydın olur ki,2016-cı ildə dövlət orqanlarının, şirkətlərin, səhmdar cəmiyyətlərin və digər qurumların aparatlarına cəmi 798 min 433 müraciət daxil olmuşdur. Həmin müraciətlərin 83,7 faizi mərkəzi icra hakimiyyəti orqanları aparatlarında, 16,3 faizi isə yerli icra hakimiyyətlərində araşdırılmışdır. Bu müraciətlərin 69,3 faizi ərizə, 30,1 faizi şikayət, 0,6 faizi təkliflərdən ibarətdir.

 

 

2016-cı ildə şəhər, rayon icra hakimiyyətlərinə yuxarı dövlət orqanlarından və bilavasitə vətəndaşlardan daxil olan müraciətlərin faiz göstəriciləri müvafiq olaraq 43,5 və 56,5 faiz təşkil etmişdir. Mərkəzi icra hakimiyyəti orqanlarına isə il ərzində müraciətlərin 29,3 faizi yuxarı dövlət orqanlarından və digər qurumlardan, 70,7 faizi bilavasitə vətəndaşlardan daxil olmuşdur.

 

 

Ötən il ərzində respublikanın mərkəzi və yerli icra hakimiyyətlərində 853 min 823 vətəndaş qəbul edilmişdir. Onların 55,5 faizi mərkəzi, 44,5 faizi yerli icra hakimiyyəti orqanlarında qəbul olunmuşdur.

 

 

Vətəndaşların müraciətlərinə baxılması və qəbulu məsələləri 2016-cı ildə mərkəzi icra hakimiyyəti orqanlarında keçirilmiş 187 kollegiya iclasında, həmçinin bir çox müşavirə və toplantılarda müzakirəyə çıxarılmışdır.Yol verilən nöqsanlara görə 1712 cavabdeh şəxslə bağlı tədbirlər görülmüş, o cümlədən 858 nəfərə töhmət və şiddətli töhmət verilmiş, 31 nəfər aşağı vəzifəyə keçirilmiş, 5 nəfərin ixtisas dərəcəsi aşağı salınmış, 114 nəfərin əmək müqaviləsinə xitam verilmiş, 16 nəfərin vəzifə maaşı azaldılmış, 3 nəfərə cərimə kəsilmişdir. Bundan başqa, 685 nəfərə xəbərdarlıq edilmişdir.

 

 

2016-cı ildə şəhər və rayon icra hakimiyyətləri başçıları yanında keçirilmiş 363 şura iclasında, həmçinin müşavirələrdə vətəndaş müraciətlərinə baxılması vəziyyəti müzakirəyə çıxarılmışdır.Müraciətlərə baxılmasına cavabdeh 335 şəxs barəsində tədbirlər görülmüş, o cümlədən 59 nəfərə töhmət və şiddətli töhmət verilmiş, 6 nəfər aşağı vəzifəyə keçirilmiş, 9 nəfərin əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa, 261 nəfərə xəbərdarlıq olunmuşdur.

 

 

Mərkəzi icra hakimiyyəti orqanlarında və digər qurumlarda baxılmış müraciətlərin 31,1 faizi müsbət həll olunmuş,6,3 faizi qismən təmin edilmiş, 13,6 faizi əsassız sayılmış, 29,8 faizində qaldırılan məsələlərə dair vətəndaşlara müvafiq izahat verilmişdir. Müraciətlərin 15,7 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilmiş və 3,5 faizi icrada saxlanılmışdır. Yerli icra hakimiyyətlərində müraciətlərin 24,3 faizi müsbət həll olunmuş,4 faizi qismən təmin edilmiş, 3,7 faizi əsassız sayılmış, 55,7 faizi barədə müvafiq izahat verilmişdir. Müraciətlərin 10 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilmiş və 2,3 faizi icradadır.

 

 

Prezident Administrasiyasından nəzarət qaydasında baxılmaq üçün dövlət orqanlarına və digər qurumlara göndərilən müraciətlərin isə, alınmış cavablardan göründüyü kimi, 28 faizi müsbət həll olunmuş,13,2 faizi qismən təmin edilmiş, 22,7 faizi əsassız sayılmış, 27,1 faizinə müvafiq izahat verilmiş, 1 faizinin icrası dövlət proqramlarında nəzərdə tutulmuş, 8 faizi icrada saxlanılmışdır.

 

 

Prezident Administrasiyasında dövlət orqanlarından və digər qurumlardan alınmış cavablar, bir qayda olaraq, təhlil edilir, vətəndaşların müraciətlərində qaldırdıqları problemlərin araşdırılmasının nəticəsi daim diqqət mərkəzində saxlanılır, lazım olduğu təqdirdə, aidiyyəti üzrə müvafiq təşkilatlarla birgə təkrar araşdırma aparılır.

 

 

2016-cı ildə nəzarətə götürülmüş müraciətlər əsasında ayrı-ayrı şəxslər barəsində hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılmış, qanun pozuntusuna yol vermiş hüquqi və fiziki şəxslər cərimə olunmuş, vətəndaşların hüquqları bərpa edilmişdir.

 

 

Nəzarətə alınmış müraciətlərə baxılması nəticəsində Daxili İşlər, Maliyyə, Səhiyyə, Təhsil, Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər nazirliklərində, Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Şəmkir RİH-də və başqa təşkilatlarda 27 nəfər vəzifəli şəxs vətəndaşlara münasibətdə süründürməçiliyə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə, müraciətlərin araşdırılmasında səhlənkarlığa yol verdiklərinə, etik davranış qaydalarını pozduqlarına görə vəzifəsindən kənarlaşdırılmış, 33 nəfər barəsində intizam tənbehi və ya inzibati məsuliyyət tədbirləri görülmüşdür.

 

Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci il yanvarın 30-da keçirilən konfransda nəzarətin gücləndirilməsinin vacibliyini bir daha qeyd edərək demişdir:”Bu gün verdiyim bütün tapşırıqlar yerinə yetirilməlidir. Verdiyim tapşırıqlarla bağlı vaxtaşırı məlumat Prezident Administrasiyasına göndərilməlidir. Prezident Administrasiyası isə bu tapşırıqların yerinə yetirilməsi ilə bağlı bütün lazımi tədbirlər görəcək, nəzarətdə saxlayacaq ki, biz 2017-ci ili də uğurla başa vuraq”.

 

 

Laqeydlikdən doğan şikayət məktubları
Prezident Administrasiyasına daxil olan şikayətlərin təhlili və onların icrası vəziyyətinin öyrənilməsi göstərir ki, vətəndaşlar Prezident Administrasiyasına o zaman müraciət edirlər ki, qaldırdıqları problemlər barədə müraciətlərinə qaneedici cavab ala bilmir, laqeydlik, süründürməçilik halları ilə qarşılaşırlar. Lakin bəzən vətəndaş heç bir instansiyaya müraciət etmədən də birbaşa Prezident Administrasiyasına yazmağı üstün tutur.

 

 

2015-ci və 2016-cı illərdə Prezident Administrasiyasına daxil olan müraciətlərin müvafiq surətdə 31,2 və 30,9 faizi şikayətlərdən ibarət olmuşdur. Göründüyü kimi, 2016-cı ildə şikayətlər 2015-ci illə müqayisədə azalmışdır.Şikayətlərin hamısına baxılmış, zəruri hallarda onlar nəzarətə götürülərək araşdırılmış və lazımi tədbirlər görülmüşdür. 2016-cı ildə Bakı, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Cəbrayıl, Göygöl, Kəlbəcər, Kürdəmir, Laçın, Neftçala, Saatlı, Siyəzən, Yardımlı, Zəngilan, digər şəhər və rayonlardan müxtəlif mövzuda daxil olmuş şikayətlərin sayı artmışdır.

 

 

2016-cı ildə Naxçıvan, Mingəçevir, Abşeron, Astara, Binəqədi, Daşkəsən, Goranboy, Hacıqabul, Xaçmaz, Xocalı, İmişli, Qazax, Qobustan, Nizami (Bakı), Sabirabad, Sədərək, Tovuz, Zərdab, digər şəhər və rayonlardan daxil olan şikayətlərin sayı əvvəlki ilə nisbətən azalmışdır.

 

 

Şikayətlərin sayında bir çox mövzular üzrə azalma müşahidə olunmuşdur.Bunlardan qanunvericilik, ictimai-siyasi, dövlət qulluğu və kadr, təhlükəsizlik və ictimai asayişin qorunması, gömrük orqanlarının fəaliyyəti, enerji təchizatı, meliorasiya və su təsərrüfatı, fərdi evlərin tikintisi üçün torpaq sahələrinin ayrılması, ev, mənzil, torpaq və bağ sahələrinin sənədləşdirilməsi, gənclik və idman məsələləri, ünvanlı sosial yardım və müavinətlərin, birdəfəlik yardımların verilməsi, dövlət rüsumları, özəl müəssisələrin fəaliyyəti, yaşayış məntəqələri və ərazi bölgüsü, nəqliyyat, baytarlıq və fitosanitar, məişət, qəyyumluq və övladlığa götürülmə, yaşıllıqların və meşələrin mühafizəsi, digər mövzuları misal göstərmək olar.

 

 

Sosial müdafiə, ünvanlı sosial yardım və müavinətlərin verilməsinədair şikayətlərin azalmasında bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni elektron sistemin tətbiqi mühüm rol oynamışdır. Artıq ünvanlı sosial yardım və müavinətlər vətəndaşla təmasda olmadan yalnız onun barəsində məlumatlar əsas götürülməklə təyin olunur.

 

 

Vergi və gömrük orqanlarının fəaliyyətiilə bağlı müraciətlərin, o cümlədən şikayətlərin sayının azalması bu sahədə şəffaflığın olmasından, əməkdaşlara qarşı tələbkarlığın artırılmasından irəli gəlir. Dövlət Gömrük Komitəsində son iki il ərzində 500 əməkdaş məsuliyyətə cəlb olunmuş, 84 əməkdaş vəzifəsindən azad edilmişdir.

 

 

Şikayətlərin sayının 2015-ci ilə nisbətən azaldığı mövzulardan biri də təhlükəsizlik və ictimai asayişin qorunmasıdır.Daxili işlər orqanları ölkədə asayişin təmin edilməsində qanunvericiliklə onlara verilmiş səlahiyyətlər çərçivəsində tədbirlər görür, bu orqanlarda tələbkarlıq ildən-ilə artırılır və vətəndaşların narahatlığına səbəb olan məsələlər həll edilir. Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı azalaraq 277-dən 271 fakta enmiş və bu göstəriciyə görə respublikamız 2016-cı ildə də MDB və Avropa məkanında öncül mövqeyini qoruyub saxlamışdır. Polis əməkdaşlarının məsuliyyəti getdikcə yüksəlir, ayrı-ayrı şəhər və rayonlarda ümumi işə mənfi təsir göstərən hallar aradan qaldırılır.

 

 

Buna baxmayaraq, ötən il Bakı şəhərinin Xətai, Xəzər, Nəsimi, Nizami, Suraxanı, həmçinin Şəki, Şirvan, Abşeron, Cəlilabad, Xaçmaz, Laçın, Masallı, Quba, Siyəzən, Tərtər şəhər və rayon polis orqanlarının fəaliyyəti barədə şikayətlər daxil olmuşdur.

 

 

Bir sıra mövzular üzrə şikayətlərin sayının artması müşahidə olunur ki, bu da bank əməliyyatları və kreditlərin verilməsi, fərdi torpaq və əkin sahələrinin zəbt olunması, fərdi yaşayış evlərinin qiymətləndirilməsi və kompensasiyaların verilməsi, məhkəmə orqanlarının və hakimlərin, vəzifəli şəxslərin, bəzi şəhər, rayon icra hakimiyyətlərinin başçıları aparatlarının və bələdiyyələrin, özəl müəssisələrin fəaliyyəti, kənd təsərrüfatı, məhsul tədarükü, emalı, saxlanması və satışı məsələləri barəsindədir.

 

 

Vətəndaşlardan və hüquqi şəxslərdən daxil olan bəzi şikayətlərdə respublikanın müxtəlif şəhər və rayonlarında aparılan abadlıq işləri ilə əlaqədar alınmış tikinti materiallarının və avadanlığın dəyərinin, həmçinin görülmüş işlər müqabilində əməkhaqlarının vaxtında ödənilməməsindən narazılıq bildirilir. Prezident Administrasiyasının Qəbul otağına qrup halında qəbula gəlmiş vətəndaşlar aparılan abadlıq işləri zamanı sökülən evlərinin və obyektlərinin kompensasiyasının vaxtında ödənilməməsindən şikayət edirlər.

 

 

Prokurorluq orqanlarının fəaliyyəti ilə əlaqədar “Vətəndaşların müraciətləri haqqında” Qanunda vətəndaş müraciətlərinə baxılması sahəsində prokurorluq orqanları qarşısında yeni vəzifələr qoyulmuşdur.Qeyd etmək lazımdır ki, prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə və qəbuluna həmişə ciddi diqqət yetirilmişdir.

 

 

Bu orqanların fəaliyyətində korrupsiya hallarına qarşı mübarizə əsas yerlərdən birini tutur. Eyni zamanda, Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən vətəndaşların 9360 müraciətinə baxılmış, 251 cinayət xarakterli material araşdırılmış və bunların 159-u üzrə cinayət işi başlanmışdır. Araşdırılıb məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 202 milyon 629 manat məbləğində ziyanın 33 milyondan çoxu ödənilmişdir. Baş İdarə tərəfindən ötən il 2241 vətəndaş qəbul olunmuş, onların qanuni hüquqları bərpa edilmişdir.

 

 

Prokurorluq orqanlarında çalışanlara qarşı tələbkarlıq ildən-ilə artırılır. Keçən il prokurorluq sistemində 58 əməkdaş intizam məsuliyyətinə cəlb olunmuş, 9 nəfər bu orqanlardan xaric edilmişdir.

 

 

Prokurorluq orqanlarının fəaliyyəti barədə müraciətlər ildən-ilə azalsa da, 2016-cı ildə Gəncə, Mingəçevir, Ağsu, Bərdə, Binəqədi, Daşkəsən, İsmayıllı, Kürdəmir, Nərimanov, Sabunçu, Salyan, Siyəzən, Şəmkir, Tovuz, digər şəhər və rayon prokurorlarının və başqa əməkdaşların fəaliyyəti barədə şikayətlər daxil olmuşdur.

 

 

Məhkəmə orqanlarının fəaliyyətinə aid müraciətləri də xüsusi qeyd etmək lazımdır. Şəhər və rayon məhkəmələrinin hakimləri bəzi hallarda qəbul etdikləri qərarlarla vətəndaşların mənafelərini qorumaq adı ilə qanunsuz tikililərin rəsmiləşdirilməsinə razılıq verir, bu da sonradan bir çox problemlərin yaranmasına səbəb olur. Bundan başqa, məhkəmə qərarlarının vaxtında icra olunmaması daha çox narahatlıq doğurur və Prezident Administrasiyasına daxil olan müraciətlərin bir qismi qərarların birtərəfli qəbul edilməsi və onların icrasının təmin edilməməsi barədədir. Qəbul olunmuş məhkəmə qərarlarının icrası aidiyyəti qurumlarda yubadılır.

 

 

Ötən il vətəndaşların haqlı narazılığını doğuran pozuntulara, korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verdiklərinə görə 6 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 12 hakim intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 2 nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib.

 

 

Məhkəmələrin fəaliyyəti ilə əlaqədar Bakı şəhəri və onun Qaradağ, Səbail, Suraxanı, Yasamal rayonlarından, Lənkəran, Sumqayıt, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Goranboy, Göygöl, İsmayıllı, Nizami (Gəncə), Saatlı, Sabirabad, Tovuz şəhər və rayonlarından müraciətlər nisbətən çoxdur.

 

 

Ədliyyə orqanlarının fəaliyyəti barədə şikayətlərdə, əsasən, məhkəmələrin qəbul etdiyi qərarların icrasının yerlərdə ləngidilməsindən narazılıq edilir.Son illərdə bu məsələyə diqqət artırılmışdır. İcra üçün Ədliyyə Nazirliyinə daxil olan işlərin sayı 60 faiz artmış və 300 mindən çox işin icrası təmin edilərək, hüquqi və fiziki şəxslərə dəyən 548 milyon manat vəsait ödətdirilmişdir. İcra məmurları qanunun tələblərini yerinə yetirməyən 6548 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edib, 3519 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 316 şəxs barəsində cinayət işi başlanılıb. İl ərzində nazirlikdə 50 mindən çox vətəndaşın müraciətinə baxılmış, 15 min 700 vətəndaş nazirlikdə və bölgələrdə qəbul edilib.

 

 

2016-cı ildə daxil olmuş şikayətlərin bir qismində vətəndaşlar inşa edilmiş çoxmərtəbəli yaşayış binalarınınmüvafiq norma və qaydalara uyğun tikilməməsindən, müqavilə şərtlərinin kobud surətdə pozulmasından, bəzi şirkətlərin mənzilin pulunu aldıqdan sonra yoxa çıxmasından, mənzillərin dövlət komissiyası tərəfindən istismara qəbul edilməməsindən, vətəndaşların bu binalarda aldıqları mənzilə mülkiyyət hüququnu təsdiq etdirə bilməməsindən, yol verilən süründürməçilikdən, qazın və suyun vaxtında verilməməsindən, bunun üçün sakinlərdən dəfələrlə əlavə pul yığılmasından şikayətlənirlər. Təəssüf ki, 100-dən çox mənzil-tikinti kooperativi və şirkət barəsində daxil olan şikayətlər vətəndaşların haqlı olduğunu bir daha təsdiq edir.

 

 

Bunlardan “Kristal Abşeron”, “Kristal-L”, “Fortis-Bayıl”, “İlin dörd fəsli”, “Belıy lebed”, “Şərur”, “Deluxe”, “Orbita”, “Badu-Kubə”, “Birlik”, “Xəmsə”, “Hasil”, “ARAZ-2011A”, “İnkişaf-S”, “Rahatlığın Məkanı-Gold”, “Ulduz-S”, “Murad M.S.”, “FVS İnşaat”, “BAKİNKOM”, “Yusifoğlu”, “AAAF İnşaat”, “Evrostroy Group”, “Akkord”, “Rahat”, “Orbit”, “Nur”, “Yüksəliş C”, “Olimp”, “İ.N.V.”, “Neftçi”, “Pərvin İnşaat”, “Azərros İK”, “Xəzər İnşaat-XXI əsr”, “Mur Ay”, “RT-LTD”, “Ələsgəroğlu-K”, “Svit Haus” və başqalarını qeyd etməliyik.

 

 

Son illər vətəndaşlar üçün ciddi problemlər yaradan belə MTK, MMC və şirkətlərin bir çoxu barəsində cinayət işi açılmış, vətəndaşlara dəymiş ziyan tam və ya qismən ödənilmişdir. Məsələn, 2016-cı ildə “MTK Real”ın rəhbəri İlham Qasımov 15 il, “198 Saylı”, “200 Saylı” MTK-ların rəhbəri Etibar Fərziyev 14 il həbs cəzasına məhkum edilmiş, digər MTK-ların – “Əli bəy”, “Əzizbəy-KM”, “AENT-E”, “Fateh-N”, “Badu-Kubə”, “Şahbulaq”, “Term”, “İDEAL-İ İnşaat”, “Mehriban Qonşular”, “Xətai-2”, “Ulduz-S”, “Azərtikinti ATF”, “Dərəçiçək”, “Fuad LTD”, “Birlik İnşaat” MTK, MMC və şirkətlərin rəhbərləri və digər məsul şəxsləri barədə cinayət işləri açılmış, bu cinayət işlərinin bəzisi artıq yekunlaşmış, təqsirli şəxslər cəzalandırılmışlar.

 

 

Azərbaycan Prezidentinin 2017-ci il yanvarın 10-da Nazirlər Kabinetinin iclasında qeyd etdiyi kimi, bu il mənzil tikintisi sahəsində böyük canlanma baş verəcək, sosial evlərin tikintisinə başlanacaqvə köhnə yaşayış sahələrinin yerində tikilən binalarda həmin ərazidə yaşayan sakinlərin mənzillə təminatının yeni qaydaları tətbiq olunacaqdır.

 

 

Şəhər, rayon icra hakimiyyətləri başçıları aparatlarının, yerli bələdiyyə orqanlarının fəaliyyətihaqqında şikayətlər də ciddi təhlil olunur. 2016-cı ildə Prezident Administrasiyasına daxil olan şikayətlərin bir qismində icra hakimiyyəti başçılarının aparatlarında, bələdiyyələrdə, yerli idarə, müəssisə və təşkilatlarda bəzi hallarda qarşılaşdıqları laqeydlik və süründürməçilik hallarından narazılıq bildirilir. Bu mövzuda şikayətlər Lənkəran, Ağcabədi, Ağdam, Beyləqan, Goranboy, İmişli, Laçın, Lerik, Saatlı, Salyan, Yardımlı, Zərdab, digər şəhər və rayonlardan daxil olmuşdur.

 

 

Bələdiyyə orqanlarının fəaliyyəti ilə əlaqədar şikayətlərin sayı isə ötən ilə nisbətən 23,5 faiz artmışdır. Təəssüf ki, bələdiyyələrin fəaliyyətində hələ nöqsanlar çoxdur, xüsusilə onların torpaqlardan istifadə haqqında qanunvericiliyin icrasında və digər məsələlərdə yol verdikləri qüsurlar narahatlıq doğurur. Keçən il 50-dən artıq bələdiyyə sədri məsuliyyətə cəlb olunmuşdur. Bütövlükdə isə il ərzində bələdiyyələrin fəaliyyəti ilə əlaqədar şikayətlər Gəncə, Şəki, Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Daşkəsən, Gədəbəy, Hacıqabul, Xəzər, İmişli, Neftçala, Oğuz, Sabirabad, Salyan, Samux, Şabran, Şamaxı, Şəmkir, Ucar, Yardımlı, Zaqatala, digər şəhər və rayonlardan daxil olmuşdur.Mingəçevir, Xətai, Qax, Pirallahı şəhər və rayonları bələdiyyələrinin fəaliyyəti barədə, ümumiyyətlə, şikayət daxil olmamışdır.

 

 

2016-cı il Azərbaycan iqtisadiyyatı üçün mürəkkəb və çətin illərdən biri olmuş, xüsusiləbank sisteminin fəaliyyəti vətəndaşları daha çox narahat etmiş və bank əməliyyatları, kreditlərin verilməsi mövzusunda müraciətlər çox olmuşdur.

 

 

Müvafiq qurumlar tərəfindən araşdırılmış bu müraciətlərlə əlaqədar lazımi tədbirlər görülmüş və görülməkdədir. Təkcə bank məsələləri üzrə Baş Prokurorluq tərəfindən 52 cinayət işi araşdırılaraq baxılmaq üçün məhkəmələrə göndərilmişdir. Belə hallara bəzi sığorta şirkətlərində də yol verilmiş və onlar müvafiq məsuliyyətə cəlb edilmişlər. Hazırda bank sisteminin sağlamlaşdırılması istiqamətində önəmli addımlar atılır və bu sahədə ciddi dönüş yaradılacağı şübhə doğurmur.

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına həsr olunmuş iclasında bank sektorunun fəaliyyəti haqqında danışarkən demişdir:”Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olmuşdur. Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq”. Ümumiyyətlə, şikayətlərin yaranma səbəbləri hər bir qurumda ciddi araşdırılmalı və aradan qaldırılmalıdır.

 

 

Təkrar müraciətlər nə vaxt azalır?

 

 

Vətəndaşların müraciətlərinə dair qanunvericilikdə edilmiş son dəyişikliklər, onların qəbulu, işlənməsi və baxılmasında tətbiq olunan informasiya texnologiyaları müraciətlərin araşdırılmasında və cavablandırılmasında vəzifəli şəxslərin məsuliyyətini xeyli artırsa da, məhz məmur məsuliyyətinin kifayət qədər olmadığı yerlərdə vətəndaşlar ilk dəfədən qəti və konkret cavab ala bilmədiklərinə görə, dəfələrlə eyni ünvana yazmağa, eyni idarənin, eyni məmurun qapısını döyməyə məcbur olurlar. Bununla yanaşı, bəzi vətəndaşların ərizə və şikayətlərinə vaxtında və obyektiv baxılıb, qanunamüvafiq cavab verilsə də, onlar yenə təkrar müraciət edirlər.

 

 

2016-cı ildə Prezident Administrasiyasına daxil olmuş təkrar müraciətlərin ümumi saya nisbəti 13,3 faiz təşkil etmişdir. Bunlar daha çox sosial müdafiə, hüquq mühafizə, məhkəmə orqanlarının fəaliyyəti, əfv, mənzil, torpaq, şəhərsalma, tikinti və digər məsələlər barəsində olmuşdur.

 

 

Təkrar müraciətlərin mövzularının müxtəlifliyi onların hər bir şəhər və rayon üzrə daha çox hansı məsələlər barəsində olmasının öyrənilməsini zəruri edir. Bu baxımdan sosial müdafiə məsələləri mövzusunda təkrar müraciətlər Bakı şəhəri və onun rayonlarının, Yevlax, Ağdaş, Ağstafa, Balakən, Cəbrayıl, Göyçay, Göygöl, Hacıqabul, Xocavənd, Kəlbəcər, Qax, Qazax, Qobustan, Laçın, Saatlı, Salyan, Siyəzən, Şamaxı, Şəmkir, Tovuz, Ucar, Zaqatala, Zəngilan, digər şəhər və rayonların sakinlərindən daxil olmuşdur.

 

 

Şəhər, rayon icra hakimiyyətlərinin, bələdiyyələrin, yerli idarə, müəssisə və təşkilatların fəaliyyəti barədə isə təkrar müraciətlər Yevlax, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Göyçay, Göygöl, Xəzər, Xızı, İmişli, Kəlbəcər, Kürdəmir, Laçın, Neftçala, Saatlı, Salyan, Şabran, Şamaxı, Tovuz, Ucar, Yardımlı, Zəngilan, Zərdab, digər şəhər və rayonlardan daxil olmuşdur.

 

 

Prezident Administrasiyasına müntəzəm və təkrar müraciətlər edən vətəndaşların problemlərinə istər Administrasiyada, istərsə də yerli icra hakimiyyəti orqanlarında maksimum diqqət göstərilməsinə və onların tələblərinin qanunun yol verdiyi dərəcədə yerinə yetirilməsinə baxmayaraq, bu şəxslər yenə də dövlət orqanlarına əsassız xahiş və tələblər göndərməkdə davam edirlər. Məsələn, Səbaildən Akif və Cahan Əliyevləri, Füzulidən Anar İsmayılovu, KəlbəcərdənAbdulla Əsədovu, Goranboydan Tofiq Həsənzadəni, Lerikdən İlham İbadlını, Zülfüqar və Əliəşrəf Kazımovları, MasallıdanŞahid Əliyevi, TərtərdənSevda Abdullayevanı və başqalarını göstərmək olar. Həmçinin BinəqədidənRoza Hümbətova, Zərbani Ağayeva, XətaidənNamiq İmanov və Elman Heydərov, Qaradağdan Abgül Cəfərov, Nizamidən Rəfiqə Cəfərli və Asim Şaxanov, Sabunçudan Bahar Əhmədova, Yasamaldan Sevil Səfərova, Gəncədən İlqar İbrahimov, Sumqayıtdan Ceyhun Əlizadə, Ağdamdan Rövşən Şıxıyev, Xaçmazdan İsmayıl Aydəmirov və başqalarına dəfələrlə izahat verilsə də, təkrar müraciətlər yazmaqda davam edirlər.

 

 

Ümidvarıq ki, istər mərkəzi, istərsə də yerli qurumlarda təkrar müraciətlər bundan sonra da daha diqqətlə araşdırılaraq lazımi tədbirlər görüləcəkdir.

 

 

Qəbullar dövlətin xalqla birbaşa ünsiyyət vasitəsidir
Vətəndaşların ən çox istifadə etdikləri müraciət formalarından biri də şəxsi qəbullardır. Hər hansı bir problemlə rastlaşan vətəndaş, ilk növbədə, yaşadığı ərazidə, işlədiyi müəssisədə rəhbər vəzifəli şəxslərdən, yaxud aidiyyəti dövlət qurumunun rəhbərindən kömək istəyir və öz problemi ilə onların yanına üz tutur.

 

Qəbul məsələsindən danışarkən, qeyd etməliyik ki, 2016-cı ildə respublikanın şəhər və rayonlarından bu barədə Prezident Administrasiyasınayazılı müraciətlərdə daxil olmuşdur. Qəbulla bağlı yazılı müraciətlər Bakı və onun rayonlarından, Lənkəran, Mingəçevir, Naftalan, Şəki, Ağstafa, Ağsu, Astara, Balakən, Bərdə, Biləsuvar, Cəbrayıl, Gədəbəy, Göyçay, Lerik, Neftçala, Nizami (Gəncə), Oğuz, Sabirabad, Salyan, Samux, Siyəzən, Şabran, Şamaxı, Ucar, Yardımlı, Zaqatala, digər şəhər və rayonlardan daxil olmuşdur.

 

 

Ötən il Prezident Administrasiyasının Qəbul otağına fərdi qəbul üçün Bakı şəhəri və onun rayonlarından, respublikanın əksər şəhərlərindən, Ağdam, Astara, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, İmişli, Kəlbəcər, Laçın, Saatlı, Şamaxı, Şəmkir, digər rayonlardan müraciət edərlər az olmamışdır. Qəbula gələn vətəndaşlar arasında Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, təqaüdçülər, çoxuşaqlı ailələrin başçıları və başqaları olmuşlar. Onların müraciətlərində yaşadıqları ünvanlara su və qaz xətlərinin çəkilməsi, suvarma suyunun verilməsi, ünvanlı sosial və birdəfəlik yardımlar, həyətyanı torpaq sahələri ayrılması, bəzi yerli orqanlarda müraciətlərinə düzgün baxılmaması və digər məsələlər əks olunmuşdur.

 

 

Fərdi qəbullarda daha çox hüquq mühafizə və məhkəmə orqanlarının fəaliyyəti ilə bağlı müraciət edilmişdir. Vətəndaşların böyük bir qismi isə sosial müdafiə, işlə təminolunma, işdən çıxarılma, əməkhaqqı, qəzalı vəziyyətdə olan evlərdən və yataqxanalardan başqa yerə köçürülmə, bəzi şəhər və rayonlarda tikinti və abadlıq işlərinin müqabilində ödənişlərin edilməsi, banklara qoyulmuş depozitlərin qaytarılması, xaricdə müalicəyə kömək göstərilməsi və sair məsələlər barədə xahiş etmişlər.

 

 

2016-cı ildə respublikanın şəhər və rayon icra hakimiyyətlərində vətəndaşların qəbulu barədə rəqəmlərə nəzər salsaq görərik ki, bütövlükdə, respublika üzrə 379 min 715 vətəndaş qəbul edilmişdir.Bunlardan 15,9 faizi bilavasitə icra hakimiyyəti başçılarının fərdi qəbulunda, 18,6 faizi səyyar qəbulunda olmuşdur. İcra hakimiyyətlərinin vəzifəli şəxslərinin qəbulunda olan vətəndaşların sayı 110 mini, tabe qurumlarda qəbul edilmiş şəxslərin sayı isə 138 mini ötmüşdür.

 

 

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə 2013-cü ildən başlayaraq bölgələrdə vətəndaşların problemlərini öyrənib həll etmək məqsədilə müvafiq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin qəbulları təşkil edilmişdir.Bölgələrdə keçirilən qəbullarda vətəndaşlar ölkədə aparılan iqtisadi islahatlardan ruhlanaraq kiçik və orta sahibkarlıqla məşğul olmaq, özünüməşğulluq üçün şərait yaradılması, infrastrukturun qurulması, bölgələrdə ənənəvi xalq sənətlərinin dirçəldilməsi, turizmin inkişaf etdirilməsi, sosial müdafiənin gücləndirilməsi üçün atılan addımlardan və bəzi yerli məmurların yol verdikləri çatışmazlıqlara qarşı prinsipial mövqe göstərilməsindən razılıq bildirirlər.

 

 

2016-cı ildə respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən 67 şəhər və rayonda keçirilmiş qəbullarda iştirak edən 8048 vətəndaş 6109 müraciət təqdim etmişdir. Qaldırılan məsələlərin 5224-ü (85,5 faizi) qəbulu keçirən mərkəzi icra orqanının səlahiyyətlərinə aid olmuşdur.

 

 

Qəbullarda iştirak etmiş 8048 vətəndaş daxili işlər (2164), əmək və əhalinin sosial müdafiəsi (720), ədliyyə (426), ekologiya və təbii sərvətlər (351), təhsil (339), gənclər və idman (287), mədəniyyət və turizm (278), kənd təsərrüfatı (267), nəqliyyat, rabitə və yüksək texnologiyalar (257), vergilər (255), səhiyyə (234), fövqəladə hallar (215), iqtisadiyyat (180) nazirləri, Əmlak Məsələləri (333), Gömrük (241), Dini Qurumlarla İş üzrə (231), Ailə, Qadın və Uşaq Problemləri (126) dövlət komitələrinin sədrləri, baş prokuror (325), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (439), Dövlət Sərhəd Xidmətinin (254) rəisləri və Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Direktorlar Şurasının (126) sədri tərəfindən qəbul edilmişdir.

 

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə keçirilən qəbullarında iştirak edən vətəndaşlar onları maraqlandıran suallara cavab tapmış, narahat edən məsələlərin həllinə nail olmuş və hüquqi məsləhətlər almışlar. Həmin qəbullarda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin 39,1 faizi müsbət həll olunmuş, 41,2 faizi ilə bağlı onlara izahat və tövsiyələr verilmiş, digərləri icrada saxlanılmış və ya aidiyyəti üzrə dövlət orqanlarına istiqamətləndirilmiş, bir qismi isə əsassız sayılmışdır.

 

 

Vətəndaşların qəbulunun təşkili üçün, ilk növbədə, dövlət orqanlarında və digər qurumlarda qəbul cədvəlləri təsdiq edilərək mətbuatda, həmin orqanların rəsmi saytlarında elan edilməli və qəbul otaqlarının qarşısında asılmalıdır.

 

 

Qəbul məsələlərinin öyrənilməsi göstərir ki, bu iş əksər dövlət orqanlarında və vətəndaşları qəbul edən digər subyektlərdə qanunun və qanundan irəli gələn müvafiq qaydaların tələblərinə uyğun qurulmuş, qəbul günlərinə və saatlarına, bir qayda olaraq, əməl edilir.Həftənin bütün iş günlərində vətəndaşların müraciət etməsi üçün şərait yaradılmış, qəbul otaqlarının yanında poçt qutuları qoyulmuş və rəhbər vəzifəli şəxslərin qəbullarda bilavasitə iştirakı təmin edilmişdir. Məlumatların təhlili göstərir ki, əksər yerlərdə imtiyazlı şəxslərin, o cümlədən Azərbaycan Respublikasının Milli qəhrəmanlarının, onların ailə üzvlərinin, şəhid ailələrinin və digər kateqoriyadan olan şəxslərin növbədənkənar qəbulu təmin olunmuş, cədvəllər düzgün tərtib edilmiş, vaxt məhdudiyyəti qoyulmamış və bir qayda olaraq, onların keçirilməsi vaxtında elan edilmişdir. Bu baxımdan, yerli icra hakimiyyəti orqanlarından Bakı şəhərinin Xətai, Nərimanov, Nizami, Sabunçu, Səbail, Suraxanı, Yasamal rayon, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Şəki, Şirvan, Yevlax, Abşeron, Ağcabədi, Ağdaş, Ağstafa, Ağsu, Balakən, Beyləqan, Biləsuvar, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Göygöl, Hacıqabul, Xızı, Xocavənd, İmişli, İsmayıllı, Kürdəmir, Qax, Qazax, Qəbələ, Qobustan, Laçın, Lerik, Masallı, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Samux, Siyəzən, Şəmkir, Tərtər, Ucar, Yardımlı, Zaqatala, digər şəhər və rayon icra hakimiyyətlərini göstərmək olar.

 

 

Mərkəzi icra hakimiyyəti orqanlarından və digər qurumlardan isə Daxili İşlər, İqtisadiyyat, Fövqəladə Hallar, Vergilər, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Gənclər və İdman nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Baş Prokurorluq, Sumqayıt, Şəki Apellyasiya məhkəmələri, “Meliorasiya və Su Təsərrüfatı” ASC, AZƏRTAC, Müəllif Hüquqları Agentliyi, Dənizkənarı Bulvar İdarəsi, Hesablama Palatası və başqaları qəbul məsələlərini daha yaxşı təşkil etmişlər.

 

 

İqtisadiyyat Nazirliyinin saytında vətəndaşların regionlarda keçirilən səyyar qəbullara yazılması üçün “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbuluna yazılmaq üçün müraciət” bölməsi yaradılmış və vətəndaşlar bundan fəal istifadə etməklə, əvvəlcədən maneəsiz olaraq nazirin qəbuluna yazılırlar. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində isə vətəndaşlara səyyar qəbula yazılmaq üçün nazirliyin elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi” və pulsuz zənglər vasitəsilə imkanı yaradılır, hətta zərurət olarsa, yerli rabitə qovşaqları vasitəsilə pulsuz nəqliyyat vasitələri təklif olunur.

 

 

Kənd Təsərrüfatı Nazirliyi 6 ay əvvəlcədən qəbul cədvəllərini öz saytında dərc edir, Vergilər Nazirliyi səyyar qəbullarda iştirak etmiş vətəndaşların müraciətləri və görülmüş tədbirlər barədə məlumatı, qəbulun keçiriləcəyi şəhər və rayonların xəritəsini, Mədəniyyət və Turizm Nazirliyi qəbul keçiriləcək rayonların siyahısını, qəbulların vaxtını və yerini, hansı əlaqə telefonları vasitəsilə qəbula yazılmaq lazım gəldiyini rəsmi saytlarında yerləşdirmişlər. Belə təcrübələrdən digər qurumlarda da istifadə olunur, bunlar özünü doğruldur və vətəndaşlar tərəfindən müsbət qarşılanır.

 

 

Müraciətlərlə əlaqədar tətbiq olunan yenielektron informasiya sisteminin səmərəsi

 

 

Müraciətlərə baxılmasında və sənədlərlə işdə elektron informasiya sisteminin geniş tətbiqi həmişə diqqət mərkəzində olmuş və olacaqdır. Müasir idarəçilikdə bunun böyük əhəmiyyəti vardır.Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 aprel tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi yaradılmış və bu sistemin səmərəsi artıq özünü göstərməkdədir.

 

 

Respublikanın bütün şəhər və rayonlarını əhatə edən bu informasiya sistemi artıq bir ildən çoxdur fəaliyyətdədir və onun tətbiqi nəticəsində vətəndaşların müraciətlərinə dair kifayət qədər böyük məlumat bazası formalaşmışdır. Bu, vətəndaşların müraciətləri ilə işin keyfiyyətinin və operativliyinin artırılmasına, vətəndaşları daha çox narahat edən problemlərin vaxtında aşkar edilib lazımi tədbirlər görülməsinə və müvafiq təhlillər aparılmasına imkan verir. Sistem, həmçinin müraciətlərə baxılması prosesinin arxivləşdirilməsini təmin edir və bu sistemdə müraciətlərə baxılması müddətlərinə nəzarət mexanizmi avtomatlaşdırılmışdır.

 

 

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında müraciətlərə baxılması və sənədlərlə işə dair tərtib olunmuş hesabatların təhlili göstərir ki, bu sistemin imkanlarından daha səmərəli istifadə olunmalıdır.

 

 

Qeyd etmək lazımdır ki, informasiya sisteminin tətbiqi nəticəsində müvafiq məlumatların öyrənilməsi və bu işə nəzarət edilməsi daha da asanlaşmışdır. 2016-cı ildə yerli icra hakimiyyəti orqanlarında həmin sistem üzrə 129 min 314 vətəndaş müraciəti qeydiyyata alınmışdır. Bunlardan 72 min 891-i bilavasitə icra hakimiyyətlərinə ünvanlanmış, 56 min 423 müraciət isə digər təşkilat və orqanlar vasitəsilə göndərilmişdir.

 

 

Sistemin müsbət cəhətlərindən biri də odur ki, burada müraciətlərə dair məlumatlara müdaxilənin qarşısı alınmışdır və il ərzində istənilən şəhər və rayon icra hakimiyyəti aparatında müraciətlərə baxılmasının real vəziyyətini öyrənməyə imkan verir. Lakin informasiya sisteminin fəaliyyətə başladığı gündən xeyli keçməsinə baxmayaraq, bir sıra icra hakimiyyəti orqanlarında məlumatların daxil edilməsində və sistemin işlədilməsində müəyyən nöqsanlara yol verilmişdir və bu nöqsanların aradan qaldırılması üçün şöbə tərəfindən müvafiq tədbirlər görülmüşdür.

 

 

Vahid elektron informasiya sisteminin tətbiqi işinin təhlili göstərir ki, bu iş Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Bakı şəhərinin Binəqədi, Xəzər, Qaradağ, Nəsimi, Nizami, Səbail, Suraxanı, Yasamal rayonlarında, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Astara, Biləsuvar, Gədəbəy, Göyçay, Xaçmaz, Xocavənd, İsmayıllı, Qax, Qazax, Laçın, Lerik, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şəmkir, Şuşa, Ucar, Yardımlı, Zaqatala, Zəngilan, digər şəhər və rayon icra hakimiyyətlərində daha yaxşı təşkil edilmişdir.

 

 

Bəzi şəhər və rayonlar, o cümlədən Ağsu, Cəlilabad, Xızı, İmişli, Kəlbəcər, Masallı, Nizami (Gəncə), Pirallahı, Sabunçu, Samux və digər rayonlar bu məsələlərə diqqəti daha da artırmalıdırlar. İnformasiya sisteminin fəaliyyətinin təşkilinə, istifadəsinə və təhlükəsizliyinə cavabdeh olan vəzifəli şəxslərin nəzarəti müntəzəm və davamlı olmalıdır. Sistem istifadəçilərinin kompüter bilikləri daim təkmilləşdirilməli və sistemin istifadəsi zamanı ortaya çıxan problemlər barədə sistemin operatoru vasitəsilə dərhal aradan qaldırılmalıdır.

 

 

Sənədlər yaşanan və qorunan tariximizdir

 

 

2016-cı ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən sənədlərlə iş sahəsində bir neçə mühüm sənəd imzalanmış, “Vətəndaşların müraciətləri haqqında” yeni Qanunla əlaqədar müvafiq normativ hüquqi aktlara, o cümlədən arxiv işinə dair aktlara, “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”a, vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydasına, Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsinə, “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə Qaydaları”na müvafiq dəyişikliklər edilmiş, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli Sərəncamında dəyişikliklər olunaraq komissiyanın tərkibi yenidən təsdiqlənmişdir.

 

 

Adları çəkilən qanun, fərman və sərəncamlar şəhər və rayon icra hakimiyyətləri aparatlarında daimi fəaliyyət göstərən sənədlərin ekspertizası və arxiv işi üzrə ekspert komissiyalarının işinin daha keyfiyyətlə aparılmasına, vətəndaşları narahat edən problemlərin operativ qaydada həllinə xidmət edir. Şəhər və rayonlarda arxiv işinin təhlili göstərir ki, bu iş Gəncə, Lənkəran, Mingəçevir, Şəki və Şirvan şəhərlərində, Bakı şəhərinin Binəqədi, Xəzər, Nərimanov, Nizami, Sabunçu, Səbail və Suraxanı rayonlarında, habelə Abşeron, Ağdaş, Ağsu, Astara, Beyləqan, Cəlilabad, Daşkəsən, Gədəbəy, Göygöl, Hacıqabul, İmişli, İsmayıllı, Kəlbəcər, Qazax, Qəbələ, Qobustan, Quba, Lerik, Masallı, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şəmkir, Tərtər, Ucar, Yardımlı, Zaqatala, Zəngilan, digər şəhər və rayonlarda daha yaxşı təşkil olunmuşdur.

 

 

Lakin bəzi şəhər və rayon icra hakimiyyətləri sənədləri qrafik üzrə arxivə təhvil versələr də, Bakı şəhərinin bəzi rayonları, Naftalan və Yevlax şəhərləri, Ağstafa, Balakən, Bərdə, Füzuli, Göyçay, Xızı, Xocalı, Kürdəmir, Qax, Qusar, Laçın, Samux, Şamaxı, Şuşa, Tovuz və Zərdab rayonları bu işin təşkilinə diqqəti artırmalıdırlar.

 

 

2016-cı il ərzində arxiv məsələləri ilə bağlı Prezident Administrasiyasına 300-dək vətəndaş müraciəti daxil olmuşdur.Vətəndaşların Prezident Administrasiyasına müraciət etməsinin əsas səbəbləri yerlərdə daimi mühafizə olunan arxiv fondlarından düzgün istifadə edilməməsi, struktur dəyişikliyi və ya özəlləşdirmə prosesində ləğv olunmuş təşkilatların arxiv sənədlərinin, idarə və təşkilatların sənədlərinin dövlət arxivlərinə vaxtında və ya tam verilməməsi və bu səbəblərə görə vətəndaşların lazımi arxiv sənədlərini almaq üçün dövlət arxivlərinə etdikləri müraciətlərin nəticəsiz qalmasıdır.

 

 

Sənədlərin arxivlərə vaxtında və düzgün təhvil verilməməsi bir çox xoşagəlməz hallara və narazılıqlara gətirib çıxarır. Ona görə də bu sahəyə nəzarətin gücləndirilməsi zəruridir.

 

 

Müdrik rəhbərlik, qüdrətli iqtisadiyyat və monolit birlikbizi yeni qələbələrə aparır

 

 

Artıq ilk ayını başa vurduğumuz 2017-ci ilin xalqımız üçün böyük ümidlər və gözləntilər, böyük qayıdış, ciddi iqtisadi dönüş, İslam həmrəyliyi, idman və mədəniyyət bayramları, ən başlıcası, bütün sahələrdə aparılan islahatların təntənəsi ili olacağına heç bir şübhə yoxdur.

 

 

Azərbaycan dövləti öz xalqının, öz vətəndaşlarının mənafelərini uca tutmaqla, tarixin ona verdiyi müstəqilliyin əvəzsiz imkanlarından bacarıqla istifadə edir, uğurlu inkişaf yollarında qətiyyətlə addımlayır, müstəqil xarici siyasət yeridir, özünə, öz gücünə arxalanır, heç kəsin kölgəsinə sığınmır, dünya dövlətləri sırasında öz sözünü deyir və buna görə də onun mövqeləri gündən-günə möhkəmlənir.

 

 

Azərbaycan Prezidenti növbəti ildə görüləcək işlərdən böyük inam və qətiyyətlə danışır, bu planların hər birinin tam həyata keçiriləcəyini bildirərək deyir:”Bizim planlarımız kifayət qədər böyükdür və onların icrası nəticəsində ölkə iqtisadiyyatı öz dinamikasını sürətləndirəcək”.

 

 

Azərbaycan tarixində dərin iqtisadi islahatlar ili kimi qalan 2016-cı ildə görülən işlər yaşadığımız 2017-ci ildə ölkəmizdə bütün sahələrin, xüsusilə qeyri-neft sektorunun daha sürətli inkişafına zəmin yaratmışdır. Ölkə Prezidenti Azərbaycanda”olduqca münbit sərmayə mühitinin”yaradıldığını beynəlxalq tribunalardan fəxrlə qeyd edir, sahibkarlığı ölkəmizin inkişafında əsas şərt hesab edir, sahibkarlara maksimum sərbəstlik verilməsinin, ötən il qəbul edilmiş qərarların nəticələrinin bu il və bundan sonrakı illərdə özünü daha qabarıq şəkildə göstərəcəyinə əmin olduğunu bildirir.

 

 

Son illərdə böyük sənaye parklarının, eləcə də aqroparkların yaradılması, ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməsi, sənaye parklarında qısa müddətdə ən müasir zavodların tikilməsi hesabına ölkəmizdə iş yerlərinin sayı daha sürətlə artacaq, əhalinin sosial müdafiəsi güclənəcək, Azərbaycandan qeyri-neft məhsullarının, yüksək texnologiyalar əsasında hazırlanmış avadanlığın ixracı genişlənəcəkdir.Ölkə Prezidentinin əsas tələbi və tövsiyəsi yeni yaradılan hər bir müəssisədə, sənaye sahəsində ən müasir texnologiyalardan istifadə olunması, “bütün sahələrdə ən qabaqcıl təcrübənin tətbiq edilməsidir”.

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin inkişafını həmişə dərindən düşünülmüş, elmi əsaslara söykənmiş və gələcəyə hesablanmış proqramlar əsasında həyata keçirmişdir. Bu öz bəhrəsini artıq göstərməkdədir. Qısa bir dövrdə ölkədə qurulmuş güclü infrastruktur, cəmiyyətdə hökm sürən sabit və işgüzar mühit Azərbaycanı dünya üçün ən cəlbedici bir ölkəyə çevirmişdir. Cənab Prezident qeyd edir ki, ölkədə artıq mövcud olan kosmik sənayenin imkanlarından səmərəli istifadə olunmalı və bu sahə artıq ölkəyə gəlir gətirməlidir. Gələn il məhz belə proqramların həyata keçirilməsi sayəsində Azərbaycan iqtisadiyyatı daha da güclənəcəkdir.Dövlət başçısının qeyd etdiyi kimi, “sivilizasiyalar arasında təbii, coğrafi və mədəni körpü”olan ölkəmiz nəqliyyat dəhlizi kimi daha da güclənəcək, Avropanın enerji təchizatında onun rolu bir qədər də yüksələcəkdir. İqtisadi nailiyyətlərimiz ölkəmizin müdafiə qüdrətini getdikcə artıracaq və Qarabağa böyük qayıdışın sürətli davamı təmin ediləcək, bütün bunların nəticəsində Azərbaycan dövlətinin beynəlxalq nüfuzu daha da möhkəmlənəcəkdir.

 

 

Ölkə Prezidentinin praqmatik və düşünülmüş addımları nəticəsində ölkəmizdə aparılan iqtisadi islahatlara diqqət və beynəlxalq dəstək də artmaqdadır.Azərbaycan Prezidenti İlham Əliyevin fevral ayının əvvəlində Belçika Krallığına səfəri, bu səfər zamanı Avropa İttifaqı ilə əməkdaşlığa dair bağlanmış müqavilə iqtisadiyyatımızın şaxələndirilməsi üçün daha çox investisiyanın cəlb edilməsinə, qlobal layihələrin tezliklə reallaşmasına imkan verəcəkdir.

 

Azərbaycan dövlətinin əsas məqsədi müstəqilliyimizi daha da möhkəmləndirmək və xalqımızın rifahını yaxşılaşdırmaq, bütün mövcud problemləri, insanları narahat edən sosial məsələləri həll etmək, ölkəmizi dünyanın ən qabaqcıl ölkələri səviyyəsinə qaldırmaqdır. Heç kəs şübhə etmir ki, müdrik rəhbərlik, qüdrətli iqtisadiyyat, xalqla iqtidar arasında bərqərar olmuş monolit birlik və sosial ədalət olan yerdə bu məqsədlər reallığa çevriləcəkdir.