Prezident “Formula 1”-in qaliblərini mükafatlandırdı

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırıblar.

XALQ.AZ xəbər verir ki,  həmçinin mükafatlandırma mərasimində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Avtomobil Federasiyasının rəhbəri Anar Ələkbərov iştirak ediblər.

Bakı trasında birinci yeri Lyuis Hemilton (“Mercedes”) tutub. “Ferrari” pilotu Kimi Raykonnen ikinci, “Force İndia” k omandasının təmsilçisi Serxio Peres isə üçüncü olub.

Elgün