Prezident İlham Əliyev Salyan rayonuna səfər edib-YENİLƏNİB

SALYAN

Prezident İlham Əliyev ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində Salyan rayonuna gəlmişdir.

Dövlət başçısı əvvəlcə rayonun mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.

Rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov məlumat verdi ki, Heydər Əliyev parkının yenidən qurulmasına 2011-ci ildən başlanmışdır. Ümumi sahəsi 22 min kvadratmetr olan parkda Ulu Öndərin möhtəşəm abidəsi ucaldılmışdır. Abidə Azərbaycanın Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, professor Natiq Əliyev tərəfindən hazırlanmışdır.

Diqqətə çatdırıldı ki, parkda 10 min kvadratmetr sahədə yaşıllıq salınmış, uzunluğu 65, eni 4 metr olan iki fəvvarə kompleksi tikilmiş, işıqlandırma sistemi və oturacaqlar quraşdırılmış, qranit və asfalt döşənmiş, su anbarı inşa olunmuşdur.

 


İlham Əliyev Salyanda Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur

Prezident İlham Əliyev Salyanda Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur.

Dövlət başçısına məlumat verildi ki, Bayraq Meydanın inşasına bu ilin iyununda başlanmış, avqustda başa çatdırılmışdır.

Ümumi sahəsi 2,1 hektar olan Bayraq Meydanı Salyan şəhərinin girişində, Milli Qəhrəman Nazim Babayev küçəsində yaradılmışdır. Bayraq Meydanının girişində hündürlüyü 5,3, uzunluğu 14 metr olan tağ tikilmişdir. Bayraq dirəyinin hündürlüyü 42, bayrağın eni 10, uzunluğu isə 20 metrdir.

Meydanın ərazisində istirahət parkı da salınmışdır.

Azərbaycan Prezidenti parkın ərazisini gəzdi.

Bildirildi ki, ərazidə uzunluğu 236, eni isə 7 metr olan su kanalı tikilmişdir. Kanalın üzərində uzunluğu 11, eni 3 metr olan iki körpü, ərazidə biri səkkizguşəli olmaqla 17 fəvvarə, kanalüstü “Buta” və iki “Lalə” inşa olunmuşdur. Burada geniş yaşıllaşdırma işləri aparılmış, müasir işıqlandırma sistemi, dekorativ məhəccər qurulmuş, oturacaqlar qoyulmuşdur.

Parkda uşaq-əyləncə qurğuları quraşdırılmışdır.

Azərbaycan Prezidenti meydanda yaradılan şəraitlə tanışlıqdan sonra müvafiq tapşırıqlarını verdi


İlham Əliyev Salyanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Salyanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Əməkdar Müəllim Yaqut Ələsgərova və Əməkdar Mədəniyyət İşçisi Yavər Cəbrayılov Salyanın inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirdilər.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Mərkəzin inşası 2011-ci ilin dekabrında başlanmış və bu ilin avqustunda başa çatdırılmışdır. İnşaat işləri rayonun daxili imkanları hesabına həyata keçirilmişdir. Mərkəzin 10 otaqdan ibarət üçmərtəbəli binasının ümumi sahəsi 626 kvadratmetrdir.

Azərbaycan Prezidenti Mərkəzdə yaradılan şəraitlə tanış oldu.

Binanın birinci mərtəbəsində sərgi zalı, inzibati otaqlar yerləşir. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Burada Ulu Öndərin və Prezident İlham Əliyevin Salyana səfərlərini əks etdirən fotoguşələr vardır. Foyedə, həmçinin dahi rəhbər Heydər Əliyevə həsr olunan videoçarx da nümayiş olunur.

Mərkəzin ikinci mərtəbəsində sahəsi 457 kvadratmetr olan sərgi zalındakı stendlərdə Ulu Öndərin uşaqlıq, Naxçıvanda təhsil aldığı dövrləri, Dövlət Təhlükəsizlik Komitəsində, eləcə də Moskvada çalışdığı illəri əks etdirən şəkilləri, həmçinin görkəmli dövlət xadiminə həsr olunmuş nəşrlər, Ümummilli Liderin diplomları və digər təltifnamələrinin surətləri nümayiş olunur.

Mərkəzin üçüncü mərtəbəsində isə rəqs studiyası, rəsm otağı, elektron kitabxana, xarici dil mərkəzi, şahmat dərnəyi, kompyuter və informatika kabineti, fotostudiya vardır.

Prezident İlham Əliyev Mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

 


İlham Əliyev Salyan Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Salyan Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdir.

Dövlət başçısına məlumat verildi ki, binanın tikintisinə 2011-ci ilin dekabrında başlanılmış, inşaat işləri ötən ilin avqustunda başa çatdırılmışdır. Binanın ərazisi 1800, tikintialtı sahəsi isə 1044 kvadratmetrdir. Üçmərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Salyan rayonuna səfərlərini əks etdirən fotoşəkillərdən ibarət guşələr yaradılmışdır.

Binanın birinci mərtəbəsində 11 xidməti, vətəndaşların qəbulu və xüsusi rabitə otaqları vardır. İkinci mərtəbədə şəhər və kənd inzibati ərazi nümayəndələri ilə canlı videobağlantı üçün operativ idarəetmə mərkəzi və 292 yerlik iclas zalı yaradılmışdır. Binanın üçüncü mərtəbəsində isə ali qonaq otağı və 10 iş otağı yerləşir. İnzibati binada işçilərin səmərəli iş şəraiti ilə təmin olunmaları üçün bütün imkanlar yaradılmışdır.

/p