Prezident İlham Əliyevin müharibə əlilləri haqqında sərəncamı

“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, müharibə əlillərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə qərara alıram:

  1. “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği artırılaraq I qrup müharibə əlillərinə 110 manat, II qrup müharibə əlillərinə 85 manat, III qrup müharibə əlillərinə 60 manat müəyyən edilsin.

  2. “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanının 1-ci hissəsinin birinci-üçüncü bəndləri aşağıdakı redaksiyada verilsin:

“I qrup müharibə əlillərinə – 110 manat
II qrup müharibə əlillərinə – 85 manat
III qrup müharibə əlillərinə – 60 manat”.

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

  2. “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli 565 nömrəli Fərmanı ləğv edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 avqust 2013-cü il.