Prezident İlham Əliyevin seçilmiş nitqlərində ibarət kitab turkiyə mətbuatında

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Pekində çin dilində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçilmiş nitqləri 2003-2013” adlı kitabının təqdimat mərasimini keçirib.

AZXEBER.COM-un məlumatına görə, 26 avqust 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Pekində səfərdə olub.

Səfər zamanı SAM-ın direktoru Fərhad Məmmədov Çin Xalq Rrespublikasının (ÇXR) Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya üzrə Araşdırma İnstitutunda çinli ekspertlər qarşısında “Azərbaycanın Qafqaz regionunda rolu” mövzusunda çıxış edib. Mühazirədən sonra tərəflər arasında mövzuya dair geniş fikir mübadiləsi aparılıb.

kitb

Xalq.az AZXEBER.COM-a istinadən məlumat verir ki, bu kitab dünya mediasının da diqqətindən kənarda qalmayb. Türkiyə mətbuatı kitaba geniş yer ayırıb. Qardaş ölkə mətbuatından seçmələri təqdim edirik:

Türkiyənin ən çox tirajlı qəzeti olan “Zaman” bu xəbərə geniş yer ayırıb. Qəzet yazıb ki, bu kitab Azərbaycan – Çin münasibətlərinin daha da yaxınlaşmasına gətirib çıxaracaq.

“Cihan” haber agentliyi də kitabın təqdimetməsinə geniş yer ayırıb. Agentliyin yazdığına görə, tədbirdə çıxış edən SAM direktoru Fərhad Məmmədov bildirib ki, kitab Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2003-2013-cü illər ərzində uğurlu prezidentlik fəaliyyəti ilə yanaşı, Azərbaycanın müxtəlif sahələr üzrə əldə etdiyi nailiyyətlərə, onun dünya birliyinə inteqrasiyasına, ölkəmizin üzləşdiyi problemləriə həsr olunub. Onun fikrincə, bu kitab Azərbaycanla Çin dövlətlərimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, xalqlarımız bir-birini daha yaxşı tanımasına yardımçı olacaq.

Qardaş ölkənin nüfuzlu “haberler.com” xəbər saytı isə adıçəkilən kitabn təqdimat mərasimindən geniş süjet hazırlayıb. Süjetdə SAM direktoru Fərhad Məmmmədovun də fikirlərinə yer ayrılıb.

Süjeti bu linkdən izləyə bilərsiz: http://www.haberler.com/azerbaycan-cumhurbaskani-aliyev-in-kitabi-cinceye-4986597-haberi/