Prezident görüş keçirdi

İlham Əliyev Kolinda Qrabar-Kitaroviç ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin görüşü olub.

XALQ.AZ xəbər verir ki, bu gün Münxendə baş tutan görüşdə iki tərəfli münasibətlər müzakirə olunub.

 Görüşdə hər iki tərəfdən rəsmi şəxslər iştirak ediblər. Azərbaycan tərəfdən Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarov mərasimdə təmsil olunublar.