Prezident məhkəmələrə sədr və hakim təyin etdi-Sərəncam

XALQ.AZ  xəbər verir ki, sərəncama əsasən, aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikasının birinci instansiya məhkəmələrinə hakim və sədr təyin ediliblər:
1. Qasım Vəli oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri,
2. Zülfüqar Əziz oğlu Əhmədov Sədərək Rayon Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri,
3. Hüseyn Nadir oğlu Zülfüqarov Şərur Rayon Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri,
4. Faiq İnqilab oğlu Heydərov Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin hakimi təyin edilib
Bu sərəncam yanvarın 22-də qüvvəyə minəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir