Prezident medalla təltif etdi-SİYAHI

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılmasının 15 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Xalq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılmasının 15 illiyi ilə əlaqədar, Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının formalaşdırılmasında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Babayev Kamran İmran oğlu

Əkbərova Şölə Mürşüd qızı

Xudaverdiyev Ağahüseyn Kamal oğlu

“Tərəqqi” medalı ilə

Əliyev Comərd Rasim oğlu

Əzizov Fariz Nazim oğlu

Muradov Əmin Kamran oğlu

Muradov İlqar Nazim oğlu.