Prezidentin Mikayıl Cabbarovun yerinə yeni təyinatı

prezident

 

Prezident İlham Əliyev bu gün daha bir sərəncam imalayıb.

XALQ.AZ  xəbər verir ki, sərəncama əsasən, Əsgər Əyyub oğlu Ələkbərovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.
Картинки по запросу əsgər ələkbərov
2016 -cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Əsgər Əyyub oğlu Ələkbərov Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilmişdir.

Ə.Ələkbərov “Qala Həyat” sığorta şirkəti ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Ə.Ələkbərov 13 iyun 1975-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun İdarəetmə fakültəsini bitirib. 1994-1996-ci illərdə Azərbaycan Beynəlxalq Bankında beynəlxalq əlaqələr üzrə baş mütəxəssis vəzifəsində çalışıb. 1996-2002-ci illərdə “HSBC Bank Middle East” Bakı ofisində xəzinədarlığıın müdiri və əməliyyat şöbəsinin müdiri vəzifələrində çalışıb. 2002-ci ildə “LFS Financial Systems GmbH” şirkətində və Asiya İnkişaf Bankının Bakı ofisində məsləhətçi vəzifəsində çalışıb. 2003-2009-cu illərdə İqtisadi İnkişaf Nazirliyidə Milli Koordinasiya Bürosunun icraçı direktoru və Xarici İnvestisiyaların və Yardımların Əlaqələndirilməsi şöbəsinin müdiri vəzifələrində çalışıb. 2009-2010-cu illərdə “Merkuri Konsaltinq” şirkətində müdir müavini vəzifəsində işləyib. 2010-2012-ci illərdə “CİFAL GROUPE” şirkətinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.

2012-ci ildən “Qala Həyat” SŞ ASC-nin İdarə Heyətinin sədri vəzifəsində olub.

Ailəlidir, bir qızı və bir oğlu var.

Mikayil

Qeyd edək ki, 2009-2013-cü illərdə Təhsil naziri Mikayıl Cabbarov  bu vəzifədə çalışıb.

 

Scroll to top