Prezident Milli Arxiv İdarəsinə yeni rəis təyin etdi

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə rəis təyinatı olub.

 

XALQ.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Əsgər Adil oğlu Rəsulov Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Ə.Rəsulov 2012-ci ildən indiyədək həmin idarənin rəis müavini vəzifəsində çalışıb.

 

 

Orxan