Prezident Milli Məclisə 3 yeni qanun layihəsi göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzası ilə Milli Məclisə 3 qanun layihəsi daxil olub.

XALQ,AZ xəbər verir ki, “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında”,  “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” və  “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanunlarının layihəsi parlamentə Azərbaycan Prezidentinin imzası ilə daxil olub.

Qanun layihələri yaxın günlərdə Mİlli Məclisin iclasında müzakirəyə çıxarılacaq.

 

Elgün