Prezident Milli Məclisə qanun layihəsi təqdim etdi – Dəyişiklik olacaq

meclis20160429
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin  keçirilən iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi müzakirə olunub.
Dəyişiklik barədə komitə sədri Hadi Rəcəbli məlumat verib. Məcəlləyə təklif edilən dəyişikliyə görə, 65-ci maddəyə yeni hissə əlavə edilib.
Əlavəyə görə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçi attestasiyadan keçirildikdə, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir.
Hadi Rəcəbli qeyd edib ki, dəyişiklik layihəsi parlamentə Prezidentin imzası ilə daxil olub.