Prezident Rosen Plevneliyevi qəbul etdi

Azərbaycan Prezidenti Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyevi qəbul edib

Azərbaycan  Prezidenti İlham Əliyev aprelin 18-də Bolqarıstan Respublikasının sabiq Prezidenti Rosen Plevneliyevi qəbul edib.

XALQ.AZ-ın xəbərinə görə, Bolqarıstanın keçmiş prezidenti Rosen Plevneliyev Azərbaycana gəlişindən həmişə olduğu kimi, böyük məmnunluq hissi keçirdiyini deyib.

Azərbaycan Respublikasının Prezidenti ilə görüşlərinə toxunan Rosen Plevneliyev Prezident İlham Əliyevlə iki ölkə arasında strateji tərəfdaşlığa dair sənədi imzalamasını xüsusilə vurğulayıb. Rosen Plevneliyev Prezident İlham Əliyevin uzaqgörən siyasətinin “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi işinə töhfə verdiyini deyib.

Prezident İlham Əliyev özünün Bolqarıstana səfərini, Bolqarıstan Prezidenti ilə görüşlərini xatırlayaraq, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb və bundan sonra da səmərəli əməkdaşlıq həyata keçiriləcəyinə əminliyini ifadə edib.