Prezident sərəncam imzaladı

prezident ilham əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın kino və teatr sənətinin görkəmli nümayəndəsi Həsən Məmmədovun 80 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, sərəncamda bildirilir ki, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, xalq artisti Həsən Ağaməmməd oğlu Məmmədovun anadan olmasının 80 illiyi tamam olur.

Sərəncamda qeyd edilir:

“1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi xalq artisti Həsən Məmmədovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

 

 

Orxan