Prezident Dövlət Proqramını təsdiq etdi

Prezident İlham Əliyev “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, sərəncamla “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib.

Nazirlər Kabinetinə bu Dövlət Proqramının icrasını təmin etmək üçün aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə zəruri tədbirlər görmək; İqtisadiyyat Nazirliyinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə əlaqələndirsin və icranın gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının prezidentinə məlumat vermək tapşırılıb.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir