Prezident səfər edəcək

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 1-də Rusiyaya rəsmi səfərə gedəcək. Bununla bağlı Rusiya İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb.

 

XALQ.AZ xəbər verir ki, Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev Moskvada Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası dövlət komissiyasının həmsədri, Rusiya Federasiyasının iqtisadi inkişaf nazirilə görüşüb.

“Görüş zamanı ikitərəfli tədbirlərin gündəliyi haqqında fikir mübadiləsi aparılıb. 2018-ci ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri olacaq. Görüş iştirakçıları səfər zamanı imzalanması planlaşdırılan sənədlər paketini müzakirə ediblər”, – informasiyada deyilir.

Bundan başqa, tərəflər sentyabrda Gəncədə 9-cu Rusiya-Azərbaycan regionlararası forumunun keçirilməsini müzakirə ediblər. Hazırda tədbirin proqramı formalaşır və onun keçirilmə tarixi müəyyənləşdirilir.

 

 

Orxan