Prezident şəhid əsgəri medalla təltif etdi

Prezident İlham Əliyev mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən şəhid olan əsgər Adil Əli oğlu Tatarovu təltif edib.

XALQ.AZ  xəbər verir ki, dövlət başçısının sərəncamı ilə A.Tatarov (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif olunub.

Qeyd edək ki, Adil Əli oğlu Tatarov bundan əvvəl müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmr ilə “Şücaətə görə” medalı ilə təltif olunmuşdu.

 

 

Orxan