Prezident sərəncam imzaladı

Ilham

Prezident İlham Əliyev növbəti dəfə sərəncam verib.

 
Ölkə başçısı Bakı Xoreoqrafiya Akademiyası binasının layihələndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Bakı Xoreoqrafiya Akademiyası binasının tikilməsi ilə bağlı layihələndirmə işlərini təmin etmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 2,0 (iki) milyon manat ayrılıb.
Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək Maliyyə Nazirliyinə həvalə olunub.