Prezident təltif olundu

 

“İlham Əliyev medalla təltif olundu

Prezidenti İlham Əliyev Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı mərasimində iştirak etmək üçün Bakıya gələn Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanı, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulini və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Dursunbekovu qəbul edib.

XALQ.AZ xəbər verir ki, İlham Əliyev türkdilli ölkələrin parlament rəhbərlərinin Bakıya səfərinin əhəmiyyətini vurğulayıb. Türkdilli ölkələrin parlamentləri arasında qarşılıqlı fəaliyyətdən məmnunluğunu ifadə edən prezident türkdilli ölkələrin əməkdaşlığına dövlət başçılarının da öz fəaliyyətləri ilə töhfə verdiklərini bildirib və bu əməkdaşlığın həm region, həm də dünya üçün önəm daşıdığını deyib.

Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin bildirib ki, “TürkPA-nın inkişafındakı xüsusi xidmətlərə görə” medalı təsis edilib və yekdil qərara əsasən ilk medala türkdilli ölkələrin həmrəyliyinin və birliyinin möhkəmləndirilməsindəki xidmətlərinə görə Azərbaycan Prezidenti layiq görülüb.

Qazaxıstan Parlamenti Məclisinin sədri medalı İlham Əliyevə təqdim edib.

Görüşdə Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyini vurğulayıb.

Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Dursunbekov da ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini bildirərək parlamentlərarası əməkdaşlığın bu əlaqələrin inkişafına töhfəsini verdiyini qeyd edib.

İlham Əliyev medalla təltif olundu
İlham Əliyev medalla təltif olundu

 

Scroll to top