Prezident təbrik etdi

Prezident İlham Əliyev Burundi prezidenti Pyer Nkurunzizaya təbrik məktubu göndərib.
Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Burundi Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm”.

Prezident İlham Əliyev, həmçinin Kanadanın General-Qubernatoru Jüli Peyetə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Hörmətli xanım General-Qubernator, Milli bayramınız – Kanada Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə və dost Kanada xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

 

Orxan