Prezidentin Təhsil Nazirliyi haqqında Sərəncamı

Prezident İlham Əliyev Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
XALQ.AZ  bildirir ki, sərəncama əsasən, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında cəmi 776 şagird yerlik modul tipli 14 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 392 000 (dörd milyon üç yüz doxsan iki min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.
Həmin məktəblərin siyahısı ilə tanış olun:
Sıra №-si Təhsil müəssisələrinin adları Ayrılan vəsait
1 İsmayıllı rayonu Gəndov kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 262 000
2 İsmayıllı rayonu Girk kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000
3 İsmayıllı rayonu Uştaqlışlaq kənd 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 315 000
4 Şamaxı rayonu Talışnuru kənd 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 330 000
5 Şamaxı rayonu Ərciman kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 390 000
6 Şamaxı rayonu Cıraqlı kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 230 000
7 Şamaxı rayonu Cabanı kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 230 000
8 Şamaxı rayonu Çağan kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 230 000
9 Şamaxı rayonu Laləzar kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 330 000
10 Şamaxı rayonu Sabirli kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 230 000
11 Qobustan rayonu Şıxzərli kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 425 000
12 Ağsu rayonu Sanqalan kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000
13 Ağsu rayonu Abasxanlı kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 425 000
14 Ağsu rayonu Sarvan kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 425 000
Cəmi 4 392 000